Accessibility links

Hindistanın Ali Məhkəməsi homoseksual münasibətləri qanuniləşdirdi


Hindistanın Ali Məhkəməsi müstəmləkə dövründən qalmış homoseksuallığı kriminallaşdıran qanuna son qoydu.

Məhkəmənin cümə axşamı verdiyi qərar polis tərəfindən hədə altında yaşamaqdan qorxduqlarını bildirən beş nəfərin müraciəti əsasında qəbul edilib.

Qərar qəbul ediləndən sonra insanlar Ali Məhkəmənin önündə bayram edib.

Məhkəməyə müraciət edən insanlar “eynicinsli cinsi münasibətlərin təbiət qanunlarına ziddir” deyən qanuna etiraz edirdilər.

2009-cu ildə eyni təşəbbüs Yeni Dehli Yüksək Məhkəməsi tərəfindən qəbul edilsə də, dörd il sonra Ali Məhkəmə qərarı ləğv etmişdi.

XS
SM
MD
LG