Accessibility links

Hindistanın müdafiə naziri helikopter qəzasında həlak olub


Hindistan Hərbi Hava Qüvvələri bildirdiyinə görə, çərşənbə günü ölkənin cənubunda hərbi helikopterin qəzaya uğraması nəticəsində Hindistanın müdafiə naziri Bipin Ravat, həyat yoldaşı və digər 11 nəfər həlak olub.

63 yaşlı Ravat Hindistan ordusunun ilk Qərargahlar Rəisi (CDS) vəzifəsinə 2019-cu ilin sonunda baş nazir Narendra Modinin hökuməti tərəfindən təyin edilmişdi.

Hərbi Hava Qüvvələrinin tvitter səhifəsində qəzanın günorta saatlarında Kunur şəhəri yaxınlığında baş verdiyi və ölənlər arasında Mi-17V5 helikopterinin dörd ekipaj üzvünün olduğu bildirilib.

Ravat Hindistan Hərbi Hava Qüvvələrinin Sulur bazasından Hindistanın Tamil Nadu ştatındakı Vellinqtondakı Müdafiə Xidmətləri Qərargahı Kollecinə mühazirə oxumaq üçün gedirdi.

Hərbi Hava Qüvvələri daha əvvəl Hindistanın Baş Qərargahlar rəisi vəzifəsində çalışmış Ravatın Mi-17V5 helikopterində səyahət etdiyini bildirib. Hindistanda hərbçilər, eləcə də hərbi məntəqələri ziyarət edən yüksək səviyyəli hökumət işçiləri tərəfindən geniş istifadə olunan Rusiyanın onlarla hərbi helikopteri var.

"Bu təhlükəsiz, sübut edilmiş vertolyotdur, mən çətin şəraitdə onunla səyahət etmişəm" - deyə, Hindistanın keçmiş ordu başçısı C.C.Sing bildirib.

Reuters xəbər agentliyinin partnyoru ANI və yerli medianın yayımladığı video görüntülərdə xilasedicilərin meşəlik ərazidə qəzaya uğrayan və tüstülənən helikopterə su tökdüklərini görmək olub.

Hərbi Hava Qüvvələri tvitter səhifəsində "Qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya göstəriş verilib" - deyə, yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG