Accessibility links

Hindistan vətəndaşı Pakistanda 30 il həbsdən sonra azad edilib


Released Indian prisoner Surjeet Singh (C), accompanied by son Kulwinder Singh (2nd L), waves after returning to his home country from Pakistan at the Wagah border on June 28, 2012.
Released Indian prisoner Surjeet Singh (C), accompanied by son Kulwinder Singh (2nd L), waves after returning to his home country from Pakistan at the Wagah border on June 28, 2012.
Casusluqda ittiham olunan Hindistan vətəndaşı otuz ildən artıq Pakistanda həbsdə olduqdan sonra azadlığa buraxılıb.

Cümə axşamı Pakistan və Hindistan sərhəddində yerləşən Vagah sərhəd keçid məntəqəsindən Puncab əyalətinə daxil olan Surcit Sinqh ailəsinə qovuşub.

Casuslugda ittiham olunaraq ölüm cəzasına məhkum olunan Sinqh həbs müddətini Pakistanin Lahor şəhərindəki həbsxanada keçirib. Ölüm cəzası sonradan dəyişdirilib.

İlkin xəbərlərdə Pakistan mediası azad olunan şəxsin iyirmi ildən artıq həbsdə olan, casusluqda və partlayışda iştirak edən təhlükəli cinayətkar Sarabcit Sinqh olduğu haqda məlumat yaymışdı.

Sarabcit Sinqhin ailəsi onun günahsız olduğunu və Pakistan sərhəddini səhvən keçdiyini iddia edir. Onlar çərşənbə günü Hindistanın xarici işlər naziri S.M. Krişna və digər rəsmilərlə görüşərək, Singin məsələsini təxirə salmadan Pakistanla müzakirə etmələrini istəyiblər.

Daha sonar Krişna mətbuat nümayəndələri ilə görüşündə Surjet Sinqhin azad olunduğuna görə məmnunluğunu bildirərək, Pakistanin öz növbəsində Sarabcit Sinqhin azad edilməsi məsələsi üzərində ciddi düşünərək qərar verəcəyinə ümüd etdiyini bildirib.

Yenicə azad edilmiş Surcet Sinqh müxbirlərlə görüşündə deyib ki, Pakistanda hələ də həbsdə olan Sarabcit Sinqhlə həbsdə olduğu müddətdə bir neçə dəfə görüşüb və onun vəziyyətinin yaxşı olduğunu bildirib.

Hindistan və Pakistan xoşməram əlaməti olaraq tez-tez öz digər ölkənin öz ölkələrində olan məhbuslarını azad edir. Uzun müddətdir bir birinə rəqib olan bu ölkələr 1947 ildə Britaniyadan müstəqilliklərini əldə etdikdən sonra üç dəfə müharibə edib.
XS
SM
MD
LG