Accessibility links

Hindistanda torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub


Hindistanın qərbində xilasedicilər təxminən 21 nəfərin ölümünə səbəb olmuş torpaq sürüşməsindən sonra palçıq altında qalmış insanları xilas etməyə çalışır.

Rəsmilər dünən Maharaştra ştatından 60 kilometr məsafədə yerləşən Malin kəndində baş vermiş torpaq sürüşməsindən sonra 100-dən çox insanın itkin düşməsindən narahatdır.

Xilasetmə qüvvələrinin komandiri Alok Avasti insanları xilas edə biləcəklərinə ümüd etdiyini bildirib.

Ucqar bölgələrdə leysan yağışları və rabitənin zəif olması xilas səylərinə əngəl törədir.

Associated Press fəlakət haqda məlumatın avtobus sürücüsünün bütöv bir kəndin torpaq altında qaldığını aşkar etməsindən sonra yayıldığını bildirib.

Xilasetmə dəstələri kənddə 704 insanın məskunlaşdığını nəzərə alaraq ölənlərin sayının daha da çox olacağını ehtimal edir. İyundan sentyabr ayınadək bu ərazidə torpaq sürüşmələri adi haldır.

Regionda leysan yağışları dörd gün davam edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG