Accessibility links

Koronavirus həssas və yoxsul əhalini daha çox risk qarşısında qoyur


Koronavirus həssas və yoxsul əhalini daha çox risk qarşısında qoyur
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Koronavirus həssas və yoxsul əhalini daha çox risk qarşısında qoyur

İmperator Kolleci alimləri koronavirusun həssas və yoxsul əhalini daha çox risk qarşısında qoyduğunu deyir. Koronavirus pandemiyası Hindistan və Nigeriya kimi böyük, lakin əhalisinin böyük hissəsinin az gəlirli və ya orta gəlirli olduğu ölkələrdə daha sürətlə yayılır.

İmperator Kollecinin tədqiqatçıları sağlamlıq baxımından qeyri-bərabərliyin bəzi qrupları daha çox risk qarşısında qoyduğunu deyir. İmperator Kollecinin tədqiqatçısı Piter Vinskill: "Təkcə üç amil - əl yumaq, evdən işləmək və xəstəxanaya getmək imkanı baxımından biz az imkanlı ailələrdə imkanlı ailələlərlə müqayisə COVID-19-dan ölüm halları ehtimalının orta hesabla 32 faiz artıq olduğunu təxmin edirik."

Müxtəlif yaşlarda insanların bir yerdə yaşaması yoxsul ailələrin yaşlı üzvlərinin sosial məsafə saxlamalarını imkansız edir.

Pandemiyanın digər qeyri-proporsional təsirlərinin də olur. "Bu regionlarda karantinin müddəti ilə əsas kənd təsərrüfatı məhsullarının əkini və biçini ilə eyni vaxtda düşməsi mümkündür. Biz həmçinin məlumatlardan bilirik ki, bu regionlardakı daha aşağı imkanlı ailələr özlərinin yetişdirdiyi ərzaq məhsullarından asılıdır. Bu da ciddi ərzaq təhlükəsizliyi problemidir" - deyə, Piter Vinskill bildirir.

COVİD-19 digər xəstəliklər üçün müayinələrin keçirilməsinə ciddi şəkildə təsir edir. "Belə bir şəraitdə İİV, vərəm və malyariyadan ölümlər qarşıdan gələn beş ildə 10, 20 və 36 faizə qədər arta bilər."

Hesabatın müəllifləri mövcud bərabərsizlik modellərinin yoxsulların özlərini yoluxmadan qorumaq imkanlarını azaltdığını deyir. Onlar hökumətləri əl yumaq imkanlarını artırmağa və səhiyyə xidmətlərini gücləndirməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Böyük Britaniya Ukrayna ilə hərbi əməkdaşlıq sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG