Accessibility links

Hindistanda siklon, Qəzzaya hücumlar COVID-in daha çox yayılmasına gətirib çıxara bilər


Tauktaye siklonunun bazar ertəsi axşam Hindistanın qərb sahillərini vurması gözlənir. Minlərlə insan evakuasiya edilib və bəzi bölgələrdə COVID peyvənd proqramları bağlanıb.

Həftələrdir yüz minlərlə insanın COVID-ə yoluxduğu Hindistanda indi siklon səbəbindən sığınacaqlara yerləşdirilən isanların infeksiyaya super-aktiv yoluxacağı qorxusu var. Belə ki, koronavirus insanların sıx olduğu yerlərdə asanlıqla yayılır.

Humanitar yardım qruplarının rəsmiləri İsrailin Qəzzaya hava hücumları həyata keçirdiyi və insanların sığınacaqlara üz tutduğu ərazilərdə də koronavirusun daha çox yayılacağı barədə xəbərdarlıq edib. Hücumlar səbəbindən Qəzzada COVID testləri və peyvəndlərin tətbiqi dayandırılıb.

ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi pandemiyanın "irqçiliyə təsirlərini" də göstərdiyini, virisun qaradərili toplumlara ağdərililərdən daha çox təsirinə məruz qoyduğunu deyib.

"COVID-19 öz cəmiyyətimizin uğursuzluqlarını parlaq bir şəkildə nümayiş etdirdi" - deyə, Antoni Fauçi bazar günü Atlantanın Emori Universitetinin açılış mərasimində etdiyi çıxışında bildirib. O, çıxışında ABŞ-dakı azlıqların səhiyyə xidmətlərindəki bərabərsizlik məsələsini xüsusi vurğulayıb.

Fauçi zəruri işlərdə çalışan qaradərili, ispan və yerli amerikalıların koronavirusa daha çox yoluxma riski altında olduğunu deyib.

Bundan əlavə o, bu qrupdakı insanlarda diabet, hipertoniya, piylənmə kimi xəstəliklər daha çox olduğu üçün koronavirusa daha asan yoluxma ehtimalının olduğunu qeyd edib.

Bazar ertəsi Hindistanın Səhiyyə Nazirliyi son 24 saat ərzində 281386 yoluxma halının qeydə aldığını bildirib. Bu, aprelin 15-dən bəri ən aşağı rəqəmdir.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi dünya boyu COVID-ə yoluxanların sayının 62788478 olduğunu bildirib. Yoluxmaların 32.9 milyonu ABŞ-da, 24,7 milyonu Hindistanda, 15,6 milyonu isə Braziliyada qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG