Accessibility links

Kəşmirdə Hindistanla Pakistan arasında toqquşma baş verib


Pakistan rəsmiləri dekabrın 9-da Kəşmirdə Hindistanla “intensiv” hərbi qarşıdurmalarda iki əsgərin öldüyünü bildirib.

Gecə vaxtı verdiyi açıqlamada hərbi sözçü general-mayor Babar İftixar Hindistan qüvvələrini Kəşmiri iki nüvə silahına sahib olan rəqib ölkə arasında bölüşdürən Nəzarət Xətti adlandıran ərazidə atəşkəsi pozaraq döyüşlərə başlamaqda günahlandırıb.

İftixar Pakistan əsgərlərinin insidentə “cavab verdiklərini” və Hindistan əsgərlərinə “ağır itki” verdiklərini söyləyib.

Mübahisəli Himalay bölgəsindəki atışmalar Pakistan təhlükəsizlik rəsmilərinin ölkənin hərbi, hava və dəniz qüvvələrinin Hindistanın mümkün sərhədlərarası hücumundan qorunmaq üçün “yüksək hazırlıq vəziyyətinə gətirildiyini” söyləməsindən bir neçə saat sonra baş verib.

Yeni Dehli nə sərhəddəki atışmaları şərh edib, nə də İslamabadın Hindistanın Pakistana qarşı hücum düşündüyünə dair iddialarına cavab verib.

Pakistan və Hindistan əsgərləri arasında - konkret olaraq Kəşmir sərhədində toqquşmaların hər iki tərəfdə onlarla insanın ölümü ilə nəticələnməsi 2003-cü il atəşkəs razılığının effektivliyini heçə endirib.

Çin-Pakistan təlimləri

Regional gərginlik Pakistan və Çinin çərşənbə günü məkanı bəlli olmayan Pakistan “əməliyyat hava bazası”ndan birgə hava qüvvələri təlimlərini başlaması ilə daha da artıb.

Rəsmi açıqlamada Çin Xalq Qurtuluş Ordusu Hava Qüvvələrinin (PLAAF) döyüş pilotları, hava müdafiəsi nəzarətçiləri və texniki quru heyətindən ibarət kontingentinin Şahin (Shaheen) adlı bir neçə illik hava təlimlərində iştirak etdiyi bildirilib.

Pakistan Hava Qüvvələrindən Vitse-Marşal Vaqas Əhməd Sülehri və PLAAF-ın general-mayoru Sun Honq açılış mərasiminə iştirak ediblər.

Çin və Pakistan ümumi rəqibləri olan Hindistanla sərhəd gərginliyində olan uzun müddətdir müttəfiqdirlər və dərin iqtisadi və müdafiə əlaqələrini davam etdirirlər.

Pakistan said Wednesday that two of its soldiers had been killed in “intense” military clashes with India in disputed Kashmir.

In a late-night statement, military spokesman Major General Babar Iftikhar accused Indian forces of initiating the fighting in violation of a cease-fire on the so-called Line of Control, which splits Kashmir between the two nuclear-armed rival countries.

Iftikhar said Pakistani soldiers “responded befittingly” and inflicted "heavy losses” on Indian troops.

The skirmishes in the disputed Himalayan region came just hours after Pakistani security officials said the country’s military, air force and naval forces had been “put on high alert" to guard against a possible Indian cross-border attack.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG