Accessibility links

Hizbulla İsrail dronunu vurduğunu deyir


Bazar ertəsi Hizbulla döyüşçüləri Livanın cənub səmalarında İsrailin pilotsuz təyyarəsini vurdqlarını bildiriblər.

Militant qrup açıqlamasında dronu vurmaq üçün "münasib silahlardan" istifadə etdiyini və təyyarənin hazırda əlində olduğunu deyib.

Bu, sadə drondur.
İsrail rəsmiləri


İsrail ordusu dronlarından birinin həmin bölgədə yerə düşdüyünü bildirsə də, səbəbini açıqlamayıb.

İsrailin bildirdiyinə görə, düşən dron "sadə pilotsuz təyyarə" olub və ondan vacib məlumatların alınması ilə bağlı narahatlıq mövcud deyil.

Həsən Nəsrulla
Həsən Nəsrulla

Hizbulla lideri Həsən Nəsralla keçən ay İsrailə döyüşçülərinin Livanın hava məkanına girən hər hansı dronunu vuracağı barədə xəbərdarlıq etmişdi.

Hizbulla ilə İsrail ordusu arasında gərginlik son illərdə ilk dəfə, bir həftə əvvəl Hizbullanın İsraili tank əleyhinə raket atəşinə tutması, İsrail qüvvələrinin isə buna artilleriya ilə cavab verməsindən sonra artıb.

Tərəflər 2006-cı ildə bir ay sürən müharibə aparıb.

XS
SM
MD
LG