Suriyanın insan haqları qrupları təhlükəsizlik qüvvələrinin Həma şəhərində həyata keçirdikləri basqılardan qorxan sakinlərin şəhəri tərk etdiklərini bildirir. Ölkənin İnsan Haqlarını Müdafiə Təşkilatının bildirdiyinə görə, bu gün şəhəri onlarla ailə tərk edib. Təhlükəsizlik qüvvələri yerli sakinlərə atəş açaraq 25 nəfəri öldürmüş, 40 nəfərdən çoxunu yaralamışlar. Hərbçilər sakinlərin hökumətə qarşı etiraz aksiyaları zamanı ordunun qarşısını almaq üçün Həmada yollara qurduqları barrikadaları dağıdıblar.