Accessibility links

İmmiqrasiya vədləri hökümətin yenidən açılmasına səbəb oldu [Video]


İmmiqrasiya vədləri hökümətin yenidən açılmasına səbəb oldu
please wait

No media source currently available

0:00 0:02:23 0:00

İmmiqrasiya vədləri hökümətin yenidən açılmasına səbəb oldu

Bu hadisə ABŞ hökümətlərinin bağlanışı tarixində ən qısası idi. Cümə axşamı hökümətin büdcə layihəsinin təsdiq olunmamasına görə Vaşinqton şəhəri boyunca bəzi vacib yerlər və ofislər bir tam iş günü bağlı qalmağa məcbur olub/

Lakin, qanunvericilər bütün həftəsonu işləyərək, danışıqlar sayəsində ortaq nıticəyə gələ biliblər.

“Hökümət açıq qaldığı müddətcə mənim əsas niyyətim Senatda DACA, sərhəd təhlükəsizliyi və bunula əlaqəli məsələləri ilə bağlı qanunverciliyin qəbul edilməsi üçün çalışmaqdır. Mən istərdim ki, Senat imzalana biləcək qanun layihəsi irəli sürsün.” - deyə, Senatın Respublikaçı lideri Mitç Makkonel bildirib.

Hər iki tərəfin bu bağlanışdan müəyyən təcrübədə qazandığını nəzərə alsaq fevralın 8-ində imzalanmalı olan yeni büdcə sənədi ilə bağlı bizi daha böyük partizan mübarizəsi gözləyir.

“Biz çox şadıq ki, senator Şumer prezident Donald Trampın təklifi ilə razılaşıb. Əgər bu ölkəmiz üçün yaxşıdırsa o zaman biz uzunmüddətli immiqrasiya proqramını təsdiqləyəcəyik." - deyə, Ağ Ev sözçüsü Sara Sanders bildirib.

Bununla belə Nümayəndələr Palatasının Demokrat üzvləri süphə ilə yanaşırlar. Konqresmen Luiz Quiterrezin sözlərinə görə, onun partiyası çox tez geri çəkildi. Digər Demokrat Konqresmen isə deyib ki, çoxluq lideri Kapitolidə onların tərəfini tutacağına söz verməlidir.

Senatda əldə olunmuş razılaşma Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında daha böyük çətinliklə qarşılaşa bilər. Bu da daha bir hökümət baölanışına gətirib çıxarda bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG