Accessibility links

2000 illik "Müqəddəs Məqbərə" kilsəsi [Video]


2000 illik "Müqəddəs Məqbərə" kilsəsi
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Deyilənə görə, Qüdsdəki "Müqəddəs Məqbərə" kilsəsi İsa peyğəmbərin çarmıxa çəkildiyi və dəfn edildiyi yerdə tikilib. Və xristianlar onun burada zühur etdiyinə inanır. 2000 ildən çox yaşı olan bu ziyarətgah bir neçə dəfə sökülüb və yenidən tikilib. Bu il də Pasxa bayramına görə burada yenidən bərpa işləri aparılıb .

2000 il əvvəl Qüds ətrafında yalnız bir türbədən ibarət olan bu məbədin necə olduğunu təsəvvür etmək çətindir.

Xristianların İsa peyğəmbərin dəfn edildiyi yer olduğuna inandığı bu türbə hazırda Edikula adlanan kiçik tikili, onun ətrafı isə böyük rotonda ilə dövrəyə alınıb. Edikula üzərində böyük işlər aparılıb.

"Müqəddəs Torpağın Mühafizəsi" idarəsindən David Qrinier: “Bu, bizim üçün bu il doğrudan da böyük hadisədir. Çünki 200 ildən sonra ilk dəfədir Müqəddəs Məqbərənin ətrafındakı Edikula yenidən bərpa edilib. Bundan öncə brada ingilislərin 90 il əvvəl qoyduğu metal darvaza var idi. O çox zəif idi və hər an uça bilərdi.”

İşçilər həmin darvazanı götürüb, yüz illərlə yandırılan şamlardan qalan mumu təmizləyib. Ziyarətçilər artıq bu, xristianlar üçün ən müqəddəs hesab edilən məbədlərdən birini seyr edə bilir. “Orada İsa peyğəmbər öldükdən sonra “Müqəddəs Cümə” günü onun cəsədinin uzadıldığı mərmər var. 200 ildən sonra həmin mərmər parçası oradan çıxarıldı və bizə 2000 yaşı olan daşı görmək qismət oldu” deyə, David Qrinier bildirir.

Buraya ziyarətə gələnlər gördüklərindən heyrətə gəlir. Ziyarətçi qadın: “Bizim üçün buranı ziyarət etmək bir möcüzədir. Bu bir həyat təcrübəsidir.”

“Bura sizin təsəvvür etdiyiniz kimi görünür, xəyalınızda necədirsə, elə görünür. Bura müqəddəs yerlərin çoxu kimi toxunulmamış torpaq kimidir" deyə, digər ziyatərçi bildirir.

Bərpa işləri çətin idi, çünki ətrafda müxtəlif xrisrian təriqətlərinin nümayəndələri var və onların hamısının razılığı lazım idi. Lakin hələ də qarşıda çox iş var. David Qrinier “Siz görürsünüz ki, buranın döşəməsi çox köhnədir, yəni Səlib yürüşləri dövründən qalıb. Döşəməni dəyişmədən türbəni təmir etməyin mənası yoxdur, çünki o uça bilər.”

Bu qədim kilsənin təməlinin möhkəmlənməsi üzrə təmirin yeni mərhələsinə isə artıq başlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG