Accessibility links

Honq Konqda etirazlar davam edir


Honq Konqda minlərlə nümayişçi polisin gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıtmasından sonra yenidən bir araya gəlib. Şəhərdə Çinin Milli Günü ərəfəsində zorakılıqlar vüsət alıb.

Nümayişçilər qara çətirlər tutub, mahnı oxuyub, demokratiya tələbi ilə şüarlar səsləndirib.

Bir çox nümayişçi gözyaşardıcı qaza görə dağılsa da, az sonra yenidən toplaşıb. Onlardan bəziləri ABŞ, Britaniya və digər ölkələrin bayraqlarını dalğalandırıb.

Dünyanın 60 şəhərində “Çinin tiranlığı” əleyhinə nümayişlər planlaşdırılır.

Avstraliyanın Sidney şəhərində Honq Konqda demokratiyaya dəstək aksiyası təşkil edilib.

Honq Konqda etirazlar ilkin olaraq iyunda, şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə qarşı başlanıb. Sonradan hökumət layihəni geri çəkib, ancaq etirazçılar tələblərini genişləndirərək, birbaşa seçki, daha böyük polis hesabatlılığı tələb etməyə başlayıb.

Etirazların əvvəlindən yüzlərlə adam həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG