Accessibility links

Hyuston sakinləri hələ də Harvi qasırğasının fəsadlarını aradan qaldırmağa çalışır [Video]


Hyuston sakinləri hələ də Harvi qasırğasının fəsadlarını aradan qaldırmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:43 0:00

2018-ci ilin Atlantik qasırğası mövsümü artıq başlayıb. Lakin Hyuston keçən il Harvi qasırğasının gətirdiyi dağıdıcı daşqınların fəsadları ilə üzləşməkdə davam edir. Bir il keçməsinə baxmayaraq, daşqın qurbanları bərpa işləri ilə məşğul olduğu bir vaxt, qarşıdan gələn qasırğanın da qarşısının alınması yolunda işlər görür.

Keçən il the Bear Creek (Ber Krik) məhəlləsində yaşayan Samanta və Castin Skotlar üçün dəhşətli il oldu. Samanta Skot: “Yorucu bir vaxt idi. Mən düşünürəm ki, uşaqlarımın, əsasən də böyüyün yadında keçən il mənim çox ağladığım qalacaq.”

Onlar hələ də keçən il Harvi qasırğasının vurduğu zərəri aradan qaldırmağa çalışır. Ata təmirə başlayanda ana ilə uşaqları bir müdddət evdən getməli oldu. Onların kiçik uşağı cəmi bir neçə aylıq idi. “Çox çətindir, çox. Mən onun demək olar ki, necə gəzməyə başladığını seyr etmədim, onun ilk dəfə nələr etdiyini görmədim” deyə, castin Skot bildirir.

Ev hələ içəridən də təmir olunmalıdır. Qasırğanın təsirlərini məhəllədə də görmək olur. “Bu elə bil səni vurmaqda davam edir. Elə bir ki, bunun sonu yoxdur. Elə bil qasırğa dayanmadan davam edir” deyir, Samanta Skot.

Bu bir ildə Bear Creek məhəlləsi normal vəziyyətinə dönə bilməyib. Buraya sel gələndə su poçt qutusuna qədər qalxmışdı. Qonşulardan yalnız üçü qalmağa qərar verdi, qalanları evlərini satıb, getmək istəyir.

Təmir işləri ləng gedir. Sakinlərin çoxunun selə qarşı sığortası yoxdur. Məhəllə sakini Co Franz: “Bu, doğrudan da insanı özünə, öz gücünə güvənməyə məcbur edir.”

Bear Creek məhəlləsini su basdı, ona görə ki, bu məhəllə su rezervuarının yaxınlığında yerləşir. Digər evlər isə su səviyyəsindən aşağıda yerlədikləri üçün daşğınlara məruz qalıb. Watershed Management şirkətindən Con Cakob: “Su səviyyəsindən aşağı bölgələr sanki kiçik vadilərdir. Bura Harvi də daxil olmaqla, təbiətin hər bir təsirinə məruz qalır. Lakin biz zamanla bu bölgələri də ələ keçirdik. Bu isə o deməkdir ki, insanları birbaşa dağqın bölgəsinə yerləşdirdik."

Dəhşətli sellərin qarşısının alınması vaxt aparır. “50 il ərzində daşqın bölgələrini bərpa etməliyik. Bunun bir hissəsi federal büdcə ilə, qalanı isə xəbərdarlıqla edilməlidir. " deyə, Con Cakob bildirir.

Mütəxəssislər deyirlər ki, ev tikərkən diqqət onun tikildiyi yerə yönəlməli, daha yüksək yer nəzərdə tutulmalıdır. Digər çıxış yolu isə evləri daha yüksəyə qaldırmaqdır. Bu tövsiyələr bəziləri üçün faydalı ola bilər. Lakin Skot ailəsi bu evdə ilişib qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG