Accessibility links

İçərisində 39 cəsəd aşkar edilən maşının sürücüsü Britaniyada məhkəmə qarşısına çıxarılıb


Soyuducusunda 39 cəsədin aşkar edildiyi aşkar edilən yük maşınının sürücüsü qətl və insan qaçaqmalçılığı ittihamları ilə bazar ertəsi Britaniya məhkəməsi qarşısına çıxarılıb.

Cəsədlərin Londonun şərqindəki bir sənaye obyektində aşkar edilməsi diqqəti Asiya, Afrika və Orta Şərq ölkələrindən olan yoxsulların Qərb ölkələrinə axını və qlobal qaçaqmalçılığın fəsadlarına cəlb edir.

Hər il dünyanın yoxsul ölkələrindən minlərlə adam həyat standartlarının yüksək olduğu Qərbə gəlmək üçün həyatlarını riskə qoyur.

Sürücü Mauris Robinsonun Çelmsford məhkəməsinə gəlişini video vasitəsilə görmək mümkün olub. Əynində boz rəngli sviter olan 25 yaşlı gənc yalnız adını və ünvanını təsdiqləyərkən danışıb.

Polisin bildirdiyinə görə, Mauris Robinson 39 nəfərin qətli, habelə nəqliyyat vasitəsi ilə insanlara qəsd, qanunsuz immiqrasiya və çirkli pulların yuyulmasına yardım etmək kimi ittihamlarla ilə üzləşir.

Robinson zaminə buraxılması üçün məhkəməyə müraciət etməyib. O, noyabrın 25-nə, məhkəmə işinin Londonun Mərkəzi Cinayət Məhkəməsindəki Old Bailey-də davam edəcəyi müddətə qədər həbsdə qalacaq.

İlkin məlumatda polis aşkar edilən 39 cəsədin çinlilərə məxsus olduğunu desə də, sonradan cəsədlərin çoxunun vyetnamlılar olduğu müəyyən edilib.

Ölənlərin arasında olduğu güman edilən 30 yaşlı Le Van Hanın atası Le Minh Tuan qucağında Hanın oğlunu tutub. Nghe An vilayəti, Vyetnam. 27 oktyabr, 2019.
Ölənlərin arasında olduğu güman edilən 30 yaşlı Le Van Hanın atası Le Minh Tuan qucağında Hanın oğlunu tutub. Nghe An vilayəti, Vyetnam. 27 oktyabr, 2019.

Səhiyyə işçiləri və polisin bildirdiyinə görə, 31-i kişi, 8-i qadın olmaqla 39 cəsəd yük maşınında Londondan təxminən 32 kilometr məsafədəki Esseksin Qreys ərazisində aşkar edilib.

İllərdir Avropanın müxtəlif bölgələrindən qaçan miqrantlar yük maşınlarında qeyri-qanuni olaraq Britaniyaya keçməyə çalışır.

Bu xüsusda qeydə alınan ən böyük faciə 2000-ci ildə Dover limanında pomidor daşıyan yük maşınında 58 cəsədin aşkar edilməsi olub.

"Esseksdə 39 nəfərin ölümü ilə bağlı xəbərləri ürək ağrısı ilə oxuduq," deyə Çinin Britaniyadakı səfirliyi bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG