Accessibility links

İctimai-siyasi xadimlər Qarabağ məsələsini müzakirə edib


Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası üzrə növbəti addımı Azərbaycanda mənfi reaksiya doğurub ki, bu da həm rəsmi, həm də ictimai səviyyədə özünü göstərib.

Paşinyan avqustun 5-də Qarabağda bildirib ki, Ermənistanın son məqsədi Qarabağla birləşməkdir.

Rəsmi Bakı hesab edir ki, Ermənistan baş nazirinin bəyanatı ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini və Azərbaycanla kompromisin mümkünlüyünü şübhə altına alır.

Bu vəziyyət avqustun 8-də Bakıda bir sıra ictimai və siyasi xadimlər arasında müzakirə predmetinə çevrilib. Müzakirədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Qarabağ Komitəsinin sədri İlham İsmayıl, Milli Şuranın üzvü Gültəkin Hacıyeva, politoloq Əhməd Əlili, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iştirak edib.

Fikir mübadiləsi zamanı danışıqlar prosesinin vəziyyəti, əlaqədar tərəflərin (münaqişə iştirakçıları və vasitəçilər) yanaşmaları və maraqları, Ermənistanda vəziyyət, Paşinyanı danışıqları pozmağa sövq edən səbəblər, rəsmi Bakının mövqeyi, ictimaiyyətin reaksiyası, regional təhlükəsizliyin aspektləri və Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibətləri nəzərdən keçirilib.

Görüş iştirakçıları münaqişənin nizamlanması ətrafında siyasi fonu yaxşılaşdıra biləcək bəzi məsələlərə dair ümumi fikir ifadə ediblər. Məsələn, Avropa İttifaqı ilə münasibətlərin intensivləşdirilməsi, avtoritar idarəetmə sistemindən imtina, vətəndaş cəmiyyətinin nizamlanma yollarının axtarışı prosesinə cəlb edilməsi.

İştirakçılardan heç kim bu tezisə etiraz etməyib ki, Qarabağ münaqişəsinin həllindəki uğur Azərbaycanda demokratiyanın qurulmasından keçir ki, bu da bütün cəmiyyətin prosesə qoşulmasını nəzərdə tutur.

Görüş iştirakçıları daha geniş ekspert birliyinin iştirakı ilə münaqişənin nizamlanması istiqamətində tədbirlər paketinin hazırlanmasının vacibliyi barədə razılığa gəlib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək” , sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG