Accessibility links

İlham Şaban: 2022-ci ilə qədər Azərbaycanın Avropa ölkələrinə 10 milyard kub metr qaz satacağı gözlənilir


İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində neft gəlirlərinin dövlət büdcəsində yeri, SOCAR-ın idaedilməsində yeniliklər və Avropaya qaz ixracından danışıb.

Amerikanın Səsi: 2021-ci ilin dövlət büdcəsində neft-qaz sahəsindən daxilolmalar ümumi gəlirin necə faizini təşkil edəcək, ötən illərlə müqayisədə proqnozlarda artım, yoxsa azalma var?

İlham Şaban: Əgər, ümumilikdə götürsək, söhbət gedir neft şirkətlərinin, o cümlədən dövlət neft şirkətinin büdcəyə ödəmələri və bir də Neft Fondundan transfertlər. Ümumilikdə 54 faiz olacaq. Əgər 2020-ci illə müqayisə etsək, bu göstərici 58 faiz idi. Yəni 2020-ci illə müqayisədə neftin xüsusi çəkisinin dövlət büdcəsinin gəlirlərində azalmasını proqnozlaşdırır. Baxmayaraq ki, neft fondundan transfertlər eyni həcmdə qalıb.

İlham Şaban: 2022-ci ilə qədər Azərbaycanın Avropa ölkələrinə 10 milyard kub metr qaz satacağı gözlənilir
please wait

No media source currently available

0:00 0:05:16 0:00

Amerikanın Səsi: Büdcədə neft qiymərlərinin 40 dollardan götürülməsi iqtisadi cəhətdən nə qədər əsaslıdır?

2020-ci illə müqayisədə neftin xüsusi çəkisinin dövlət büdcəsinin gəlirlərində azalmasını proqnozlaşdırır.


İlham Şaban: Mən bir məsələni xatırlatmaq istəyirəm ki, avqust ayının sonunda hökümətin proqnozu 35 dollar idi. Yəni avqustun əvvəlində büdcəyə dəyişiklik edilmişdi, 20 dollar aşağı qiymət götürülmüşdü. Hesab edirdilər ki, gələn il də bu həcmdə qalacaq. Ancaq ilin ikinci yarısında neft qiymətinin artımı, beynəlxalq maliyyə qurumlarının və enerji agentliklərinin 2021-ci illə bağlı öz proqnozlarının artımı, yəni onlar 47-49 dollar arasında neftin orta qiymətini proqnoz edirlər və Azərbaycan höküməti də bundan çıxış edərək 40 dollar səviyyəsinə qədər bunu artırdı.

Amerikanın Səsi: Azərbaycanın Avropa bazarına qaz ixracının başlaması Azərbaycan dövlətinə nə qədər maliyyə resursları gətirəcək?

İlham Şaban: Anons edilib ki, bu ilin sonunacan və Bolqarıstan höküməti bunu ümumiyyətlə dekabrın 30-na kimi dəqiqləşdirib, Azərbaycan qazı Avropaya gedəcək və 10 milyard kub metr layihə gücünə ancaq iki il ərzində, yəni 2022-ci ildə çatacaq. İndi hesab etsək ki, bundan sonra artıq Azərbaycanın Avropaya qaz ixracı artımla gedəcək və sonra stabilləşəcək, bu əlavə gəlir deməkdir.

Əgər biz sadəcə qaz yox, qazla çıxan konsendatı da hesablasaq, bu, əlbəttə ki, dünya bazarında qazın və neftin qiymətlərinə bağlıdır. Ortalama olaraq söhbət gedir iki və dörd milyard dollar arasında Azərbaycanın əlavə qazancları olacaq.

Amerikanın Səsi: SOCAR-ın Azərbaycan İnvestisia Holdinqinin tərkibinə verilməsi şirkərin fəaliyyətində hansı yeniliklərə səbəb ola bilər?

İlham Şaban: Əslində idarəçilik verilir, yəni menecment. İkinci bir tərəfdən Nazirlər Kabinetinin 513 nömrəli bir qərarı oldu. O qərara əsasən artıq Dövlət Neft Şirkəti bəzi funksiyalarını digər bir dövlət qurumuna vermiş oldu. Söhbət ondan gedir ki, bundan sonra qazın istehsalçıdan alınması və yerdə paylayıcılara və Azərenerjiyə satılmasını Azərkontrakt dövlətin qurumu həyata keçirəcək.

Amerikanın Səsi: SOCAR-ın xarici investisiya strategiyası nə dərəcədə effektivdir?

Azərbaycan büdcəsinin gəlirləri də məhz həmin müəssisələrin, infrastrukturun istismarı nəticəsində baş verəcək.

İlham Şaban: Dövlət Neft Şirkətinin 2014-cü ildən başlayaraq xarici layihələri, o cümlədən, daxildə həyata keçirdiyi layihələr kifayət qədər olub. Bir neçə zavod tikilib, ölkə daxilində və ölkə xaricində, o cümlədən, boru kəmərlərində investor kimi çıxış edir. Bu baxımdan da 10 milyard dollara qədər Dövlət Neft Şirkətinin ümumi borcu yaranıb. Ancaq bir məsələni də qeyd etmək lazımdır ki, artıq 2019-cu ildən o müəssisələr işə düşüb. Boru kəmərləri işləyir. Artıq onlar Dövlət Neft Şirkətinə dividentlər gətirir ki, yaxın 7-10 il ərzində o obyektlərin borcunun qaytarılması ilə məşğul olacaq. Eyni zamanda, Azərbaycan büdcəsinin gəlirləri də məhz həmin müəssisələrin, infrastrukturun istismarı nəticəsində baş verəcək. İkinci bir tərəfdən Azərbaycan İnvestisia Holdinqi çox şişman görünən Dövlət Neft Şirkətinin bəzi qurumlarını ondan ayırmaqla onun yükünü də azaldacaq ki, bu karbohidrogenlərin qiymətində Azərbaycan Dövlət Neft Şirkətinin daha effektiv işləməsinə gətirməlidir. Reallıq isə odur ki, bunu zaman göstərəcək.

XS
SM
MD
LG