Accessibility links

İlkin Rüstəmzadə: Mənə maraqlı oldu ki, atamı niyə izləyiblər


İlkin Rüstəmzadə: Mənə maraqlı oldu ki, atamı niyə izləyiblər
please wait

No media source currently available

0:00 0:08:03 0:00

Keçmiş siyasi məhbus, ictimai fəal İlkin Rüstəmzadə Amerikanın Səsinə müsahibəsində Pegasus qalmaqalının Azərbaycanın siyasi, ictimai xadimlərin fəaliyyətinə təsirlərindən və bununla bağlı atıla biləcək addımlardan danışıb.

Amerikanın Səsi: Pegasus qalmaqalında sizin də bu proqram vasitəsilə izlənilməniz üzə çıxıb. Sizin izlənilməniz hansı məqsədlərlə həyata keçirilə bilərdi?

İlkin Rüstəmzadə: Təbii ki, ictimai- siyasi fəaliyyətimlə bağlıdır. Belə deyək, mənim üçün Pegasus məsələsi təəccüblü olmadı. Mən hətta bundan bir il əvvəl, daha doğrusu il yarım əvvəldən bir çox sosial platformada, online tv platformasında hökümətin İsraildən yeni texnologiya alması və əvvəlki müdafiə mexanizmlərinin artıq effektiv olmaması ilə bağlı çıxışlar eləmişdim. Bir neçə dəfə danışmışdım ki, hökümətin artıq bizim qorunur deyə bildiyimiz signal, telegram və ən təhlükəsiz kripto mail adreslərinə belə artıq rahat şəkildə çıxışı var. Bütün yazışmalarımızı izləyə bilirlər. Bütün hər şeyə nəzarət edə bilirlər. İstədiyi vaxt sosial mediada istənilən profilə toplu şikayətlər təşkil edə bilirlər. Hücumlar təşkil edə bilirlər. Eyni zamanda da profilləri ələ keçirməklə bağlı artıq fərqli strategiyalardan istifadə edə bilirlər. Bununla bağlı mən bir neçə dəfə danışmışdım. Sadəcə bizim cəmiyyətin ictimai-siyasi cəhətdən aktiv kəsimi bir az skeptizmlə yanaşdı mənim dediklərimə. Hətta mənim komputerim yandı. Üstündən 2-3 gün keçəndən sonra bir vəkil dostumuz gəldi bizim evimizə və mənə özünün işlətdiyi bir komputer hədiyyə elədi ki, bunu istifadə elə. Cəmi bir gündən sonra da eyni kompüterə eyni virusu saldılar və kompüter yandı. Təsəvvür edin ki, mən bununla bağlı bir paylaşım elədim. Dedim ki, belə bir şey olub.Camaat başladı inamsızlıq göstərməyə, rişxənd edənlər oldu. Mən izah edə bilmədim ki, bu səviyyədə hücumlar var. Mən dəfələrlə demişəm ki, artıq Azərbaycan hakimiyyətinin əlində bu resurslar var. Artıq heç nə təhlükəsiz deyil. Nə Facebook, nə Twitter, nə Gmail , nə Signal, nə Protonmail bunların hamısı artıq oxuna və müdaxilə oluna biləndir.

Amerikanın Səsi: Bu qalmaqaldan sonra özünüz üçün hansı nəticələr çıxardınız? Bu hadisə sizin gələcəkdə informasiya va ifadə azadlığınıza necə təsir edəcək?

İlkin Rüstəmzadə: Mən heç bir nəticə çıxarmadım sözün açığı. Mənim üçün bir dəyişiklik olmadı. Mən keçən ildən bu hadisə ilə bağlı bu cür izlənmə altında və bu cür müdaxilə altında olduğumu bilirdim. Təəssüf olsun ki, insanlar mənim bu dediklərimə diqqət eləmədilər. Mən keçən ilin avqustunda gedib telefon cihazımı dəyişdirdim. Ön kamerası olmayan bir telefon aldım ki, bütün günü mənim kimlə olduğumu və ən azı şəxsi həyatla bağlı məsələlərə nəzarət minimal olsun. Amma qalan şeylərə nəzarət olunduğunu tam şəkildə bilirdim. Hətta buna görə getdim telefon üçün örtük aldım ki, o, kameranı örtür. Mənim kameranı istifadə elədiyim vaxtdan kənar bilirdim ki, müdaxilə edirlər. Təbii ki, öz hüquqlarımızı axtarmaq üçün məhkəməyə müraciət edəcəyik. Bütün hüquqi prosedurları keçəcəyik. Amma bu məlumata sahib olma mənlə bağlın nəyisə dəyişdimi, mınim hansısa düşüncəmi dəyişdimi? Yox, belə bir təsiri olmadı. Bir dənə maraqlı olan atamın izlənməsi oldu ki, atamı da izləyiblər. İnternetdən yayılan məlumatlardan görürük ki, bir nəfərin izlənməsi kifayət qədər böyük pul deməkdir. Mənim atama o qədər pul xərcləyiblər, halbuki atamın hər hansı siyasi fəaliyyəti yoxdur.

Amerikanın Səsi: Bu tipli hadisələrin baş verməməsi üçün beynəlxalq səviyyədə hansı tədbirlər görülməlidir?

İlkin Rüstəmzadə: Birincisi bu tipli addımlardan istifadə eləyən siyasi hakimiyyətlərə qarşı beynəlxalq birliyin ikimənalı olmayan xəttləri yumşaq və keçilə bilən olmayan bir mexanizm olmalıdır. Bununla bağlı beynəlxalq qanunvericilik olmalıdır ki, məsələn, sadəcə zərərçəkənlər getsinlər Avropa məhkəməsinə, hüquqların bərpasını axtarsınlar yox. Bu tipli əməllər törədən hakimiyyətlərlə bağlı bir beynəlxalq mexanizmlər olmalıdır. Amma sözün açığı, nəzərə alsaq dünyamızda elə siyasi münasibətlər sistemi mövcuddur ki, biz Qərbin hər hansı qətiyyətli addım ata biləcəyini düşünməməliyik. Qərb artıq həm mənəvi cəhətdən, həm güc cəhətdən tam şəkildə deqradasiyaya uğrayıb. Məsələn, gücün, tiraniyanın, vəhşiliyin qarşısından qaçmaqda artıq bir simvola çevrilib. Mən düşünmürəm ki, Qərb strukturları bu məsələdə Azərbaycan hakimiyyətinə hansısa təzyiq edəcəklər və ya Azərbaycana qarşı hansısa addım atacaqlar. Ümumilikdə mənim gözləntim odur ki, ilk növbədə bu araşdırmanı aparan jurnalistlər və qurumlar siyahıda haqqında bəhs olunan 1000-dən artıq adamın hamısının adını açıqlasınlar. Şəffaflıq naminə, deyirlər təhlükəsizlik. Mən bu arqumenti qəbul eləmirəm. Bizim adımız açıqlananda nə oldu. Bu, Azərbaycan cəmiyyətində son dövrlər çox ciddi itthamların səslənməsinə və müzakirələrin getməsinə səbəb olub ki, bəs bu araşdırmanı aparan qurum Azərbaycan hakimiyyəti ilə hansısa kontakt içində ola bilər. Əslində bu, kifayət qədər iyrənc itthamdır. Amma həmin qurum bütün adları açıqlamalıdır ki, Azərbaycan cəmiyyətində bir əminlik yaransın. Ümumilikdə onu deyə bilərəm ki, bu, sadəcə bir həftəlik, on günlük bir gündəm oldu. Bu hadisənin xüsusi nəyisə dəyişəcəyini düşünmürəm. nə aktivistlər baxımından, nə də hökümətə hər hansı təzyiq olub-olmaması baxımından.

XS
SM
MD
LG