Accessibility links

İlqar Məmmədov: Vətəndaşlar təhsil haqqının ödənilməsində ciddi problemlə üzləşir


İlqar Məmmədov
İlqar Məmmədov

ReAL Partiyasının sədrinin Amerikanın Səsinə müsahibəsi

ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində təhsil problemləri və təhsil haqlarından danışıb.

Amerikanın Səsi: Media ali məktəblərə qəbul olunmuş çoxsaylı insanların təhsil haqqını ödəyə bilməyəcəyini yazır. Təhsil naziri isə təhsil haqlarının hissə-hissə ödənilməsini təklif edir. Ölkədə təhsil haqları əhalinin orta gəliri ilə uzlaşırmı?

Bizim təşəbbüsümüz nəticəsində hakimiyyət problemin həlli üçün qismən kiçik bir addım atdı. Çox kiçicik addım atdı.

İlqar Məmmədov: Azərbaycan vətəndaşları artıq çoxdandır ki, təhsil haqlarının ödənilməsində ciddi problemlərlə üzləşirlər. Özü də bu, təkcə təhsil haqqının ödənilməsi ilə bağlı deyil. Məsələn, təhsil haqqını ödəyə də bilər. Amma, tələbə hər hansı bir rayonda yaşayırsa, ali məktəb Bakıdadırsa onda, gərək, həm də kirayə haqqı ödəyə. Kirayə haqqını ödəyə bilmir deyə, gedir ya rayon filialında oxuyur, ya da ümumiyyətlə universitetdən imtina edir. Yəni, Azərbaycanda ali təhsilə maddi baxımdan əlçatımlılıq təkcə universitetə ödəniləcək vəsait məsələsi deyil. Bu həm də başqa məsələlərdir - yataqxanalar məsələsi, təlim-tədris mərkəzlərinin uyğun olması, müasir standartlar... Bir çox məsələ var. Əlbəttə, bunun içində təhsil haqlarının ödənilməsi də var. Təhsil haqlarının ödənilməsi ilə bağlı mətbuatda son hesabatları oxudum. Orada qeyd olunur ki, son illərdə minlərlə Azərbaycan vətəndaşı təhsil haqqını ödəyə bilməyib deyə ali təhsildən imtina edib. Əlbəttə ki, biz, Respublikaçı Altenativ olaraq on ay bundan qabaq ali təhsilin bütün islahat dövrünə pulsuz edilməsi təşəbbüsü ilə çıxış edəndə, bu təhlilləri etmişdik. Bu yükün ağırlığını lazımınca dəyərləndirmişdik. Bizim təşəbbüsümüz nəticəsində hakimiyyət problemin həlli üçün qismən kiçik bir addım atdı. Çox kiçicik addım atdı. Bu əlbəttə, bildirdiyimiz məsələni həll etmir. Amma, fevralın 14-də İlham Əliyev bir sərəncam verdi ki, martın 1-dən etibarən Azərbaycanda təqaüd alan tələbələrin sayı 16 min nəfər artırılsın və tədricən təqaüd alan tələbələrin sayı indiki 31 faizdən gələn il 50 faizədək artırılsın. Bu tələbələrin bəzi xərclərini, heç olmasa nəqliyyat xərclərini ödəyə bilər. Bundan başqa, indi insanların iqtisadi vəziyyəti ağırlaşdıqca, əlbəttə Azərbaycan hakimiyyəti başqa yollar da axtarır. O cümlədən, siz dediyiniz təşəbbüs, onun haqqında mən də eşitmişəm. Təhsil naziri universitet rektorlarına tövsiyə verib ki, təhsil haqqını hissə-hissə yığın. Bu bəzi universitetlərdə artıq çoxdan tətbiq olunan bir təcrübədir. Yeni təcrübə deyil. Onu yəqin ki, daha geniş yaymaq istəyirlər. Amma, bu, problemi həll etmir. Azərbaycanda təhsil sisteminin təməl problemləri var və bu təməl problemlər təkcə təhsil sisteminin içində deyil, həm də onun xaricindədir.

İlqar Məmmədov: Vətəndaşlar təhsil haqqının ödənilməsində ciddi problemlə üzləşir
please wait

No media source currently available

0:00 0:06:36 0:00

Amerikanın Səsi: ReAL Partiyası tamamilə pulsuz ali təhsilin tətbiq edilməsini təklif edir? Sizcə bu mümkün ola bilərmi?

Azərbaycan hakimiyyətinin dövlət universitetlərində Azərbaycan vətəndaşlarına satdığı xidmət, yəni təhsil müasir tələblərə cavab vermir.

İlqar Məmmədov: Bu, tamamilə mümkündür və yaxın illərdə icra ediləcək bir təşəbbüsdür. Biz təşəbbüsü irəli sürəndə bunun maddi qiymətini də hesablamışıq. Bu ili götürəndə büdcədən təxminən 150 milyon manat xərcdən söhbət gedirdi. Lakin, bu təhsilin keyfiyyəti məsələsini həll etmir. Təhsillə bağlı bir çox başqa məsələləri də həll etmir. Bu, sadəcə olaraq onu göstərir ki, Azərbaycan hakimiyyətinin dövlət universitetlərində Azərbaycan vətəndaşlarına satdığı xidmət, yəni təhsil müasir tələblərə cavab vermir. Siz bazara gedirsinizsə, hər hansı bir məhsulu alırsınızsa, o məhsulun baza keyfiyyətləri olmalıdır. O baza keyfiyyətlərini Azərbaycan dövləti həmin o təhsilə verə bilmirsə, insanlardan nəyə görə pul yığır? Ona görə, biz, bu təşəbbüslə çıxış etdik. Yenə də təkrar edirəm, qismən də olsa, cüzi də olsa hakimiyyət buna cavab verdi. Mart ayında bir təşəbbüs həyata keçirdi, yəni sərəncam verdi. Hələ bunu yoxlamaq lazımdır ki, bu sərəncamdan sonra həqiqətənmi Azərbaycanda təqaüd alan tələbələrin sayı 16 min artdı və 31 faizdən 45 faizə, sonra isə 50 faizədək artdı. Bunlar hələ araşdırılası mövzulardır. Amma, hər halda biz mövzunu qaldırdıq və bu istiqamətdə addım atıldı. Bircə onu da qeyd etmək istəyirəm ki, təəssüf ki, Azərbaycanda siyasi mühit belədir ki, siyasi müxalifət hər hansı bir təşəbbüslər irəli sürəndə hakimiyyət onları həll etmək yerinə, problemi çozmək əvəzinə, onu pulla bağlayır. Ona görə də Azərbaycanda hələlik sistemli problemləri nə qədər qaldırırsan-qaldır, əgər sən həqiqi bir problem qaldırırsansa onu hakimiyyət tam olmasa da, qismən olsa da pul hesabına bağlayır. Nə qədər ki, neft pulu var. Bu da sağlam deyil. Bu da bir gün partlayacaq.

Amerikanın Səsi: Ölkədə təhsilin hazırki səviyyəsinə münasibətiniz necədir? ReAL Partiyası təhsildə islahatları necə görür?

İlqar Məmmədov: Təhsildə, əlbəttə, islahatlar aparılmalıdır. Amma, mən bayaq qeyd etdiyim kimi, əsas məsələ, problem təkcə təhsilin içində deyil, təhsilin xaricindədir. Əgər insanlar, cəmiyyət, vətəndaşlar, gənc insanlar və onların valideynləri o stimulu alacalqar ki, sən oxusan həyatda nəyəsə nail olacaqsan və sən çoxlu pul qazanacaqsan, mütəxəssis olacaqsan. O stimulları biz cəmiyyətdə yarada bilsək, sizi inandırım ki, özəl və dövlət təhsil müəssisləri bir-biri ilə rəqabətdə hər hansı bir müdaxilə olmadan Azərbaycanda təhsil məsələlərini bir xeyli həll edəcklər.

XS
SM
MD
LG