Accessibility links

İndoneziyada ölənlərin sayı 832 nəfərə çatıb


İndoneziyada zəlzələnin yaratdığı sunami nəticəsində ölənlərin sayı 832 nəfərə çatıb. Rəsmilər bu göstəricinin artacağından ehtiyat edir.

Onlarla insan dağılmış 2 otelin dağıntıları arasında qalıb. İtkin düşənlər arasıında 5 xarici vətəndaş da var. Onların 3-nün fransız, birinin Cənubi koreyalı, digərinin isə Malayziyalı olduğu bildirilir.

İndoneziya prezidenti Joko Jokovi Vidodo fəlakət zonasında olub.

Zəlzələ və sunami baş verən zaman yüzlərlə insan Palu çimərliyində keçirilən festivalda iştirak edirdi. Sahili vuran nəhəng dalğalar festival iştirakçılarının üzərinə gəlib və həmin insanların böyük əksəriyyətini özü ilə aparıb.

Milli fövqəladə hallar idarəsinin sözçüsü Sutopo Purvo Nuqroho deyib ki, sunaminin sahili saatda 800 kilometr sürətlə vurub və nəticədə sahildəki binaları və infrastruktunu məhv edib. O əlavə edib ki, minlərlə evlər, xəstəxanalar, alış-veriş mərkəzləri və hotellər dağılıb, Palunun əsas magistral yolu yararsız hala düşüb.

Sakit okeanı hövzəsindəki "Alov Halqası" ərazisində yerləşən İndoneziya vulkan arkaları və laylar üzərində yerləşməsi səbəbi ilə zəlzələlərə meyllidir.

Ötən ay 6.9 bal gücündə baş vermis zəlzələdə yüzlərlə insan həyatını itirmişdi.

2004-cü ilin dekabrında Sumatra adasında 9,1 bal gücündə zəlzələ baş vermiş, müxtəlif ölkələrdən də olmaqla, 230 min insan həlak olmuşdu.

XS
SM
MD
LG