Accessibility links

İranın elitar İslam İnqilab Keşikçiləri Korpusu İŞİD və Əl-Qaida ilə eyni siyahıya düşdü


İranın elitar İslam İnqilab Keşikçiləri Korpusu İŞİD və Əl-Qaida ilə eyni siyahıya düşdü
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Tramp administrasiyası İranın elitar İslam İnqilab Keşikçiləri Korpusunu və onun Qüds qüvvələrini xarici terror təşkilatı adlandırıb. ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İran ordusu sponsorluq etdiyi terrorçu qrupların siyahısına qoşulur. IRGC-ni terror təşkilatı kimi təsnifləşdirmək ABŞ-a İrana qarşı daha çox sanksiya tətbiq etməyə imkan verəcək və hərbi qüvvələri maliyyələşdirən bizneslər üçün maneə yaradır.

İranın elitar İslam İnqilab Keşikçiləri Korpusu 1979-cu il İslam İnqilabından sonra qurulan silahlı qüvvələrin bir hissəsidir. Dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İran hakimiyyəti son 40 ildə inqilabı mümkün olan hər hansı üsulla ixrac etmək üçün bu güvvədən istifadə edib.

"İslam İnqilabı Keşikçilər Korpusu özünü legitim hərbi təşkilat kimi göstərir, lakin heç birimiz aldanmamalıyıq. O, silahlı münaqişələrə dair qanunlarını müntəzəm olaraq pozur, bütün dünyada terror kampaniyaları planlaşdırır, təşkil edir və həyata keçirir,” ABŞ dövlət katibi Mayk Pompeo deyib.

Pompeo İnqilab Keşikçiləri Korpusu və onun gizli Quds birləşmələrinin bundan sonra onların dəstəklədiyi Livanda Hizbullah, Fələstinin Hamas və İraqda Hizbullah briqadaları kimi terror qrupları siyahısına daxil olacağını söyləyib.

ABŞ rəsmilərinin sözlərinə görə, bu, qrupun terror fəaliyyətlərini maliyyələşdirməyə kömək edən İran bizneslərinə öz təsirini göstərəcək.

"Biz həm də bu təşkilatı səciyyələndiririk. Dövlət katibinin dediyi kimi, bəzilərinin təxmin etdiyinə görə, İran iqtisadiyyatının yarısından çoxunu nəzarət altında saxlayan İnqilab Keşikçiləri Korpusu ilə işin təhlükəli olduğunu bütün dünyaya bildiririk”, Dövlət Departamentindən Brayan Huk deyir.

Buna cavab olaraq, İranın Ali Milli Təhlükəsizlik Şurası bazar ertəsi günü ABŞ Mərkəzi Komandanlığını (CENTCOM) terror təşkilatı, ABŞ hökumətini isə terrorizmin sponsoru adlandırıb.

Həm ABŞ, həm də İran İraq və Suriyada İslam Dövləti qrupu ilə mübarizə aparan qüvvələri dəstəkləyib. Amma ABŞ İraqdakı İranın dəstəklədiyi hərbi dəstələrin 600-dən çox Amerika əsgərlərini qətlə yetirmək və onilliklər ərzində bütün dünyada ABŞ hərbi qulluqçularını hədəf almaqda günahlandırır.

"Rejimin bu ölümlərə görə beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb edilməməsi izahedilməzdir. Bizim İrana qarşı təzyiq kampaniyamız nəinki özbaşına hücum deyil, bunun rejimin zərərli fəaliyyətlərinə görə ədalətli və çoxdan vaxtı çatmış nəticələri var" - deyə, Mayk Pompeo bildirib.

ABŞ-ın qərarı gələn bazar ertəsi günü qüvvəyə minir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG