Accessibility links

İran 5 yeni təyyarə alıb


İran 5 yeni təyyarə alıb. Bu, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinə 1 gün qalmış baş verib. İranın rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, ikimühərrikli ATR72-600 təyyarələrindən yaxın məsafələrə uçuş üçün istifadə edilir.

ATR şirkəti Avropanın “Airbus” və İtaliyanın “Leonardo” konsorsiumuna məxsusdir. Bu şirkət Fransanın Tuluza şəhərində yerləşir.

Beləliklə “İran Air” şirkəti indiyədək bu konsorsiumdan 13 belə təyyarə alıb.

Sövdələşməyə görə, İran ümumilikdə bu şirkətdən 20 belə təyyarə almalıdır. Bu sövdələşmənin dəyəri 536 milyon dollardır.

ABŞ prezidenti Donald Tramp bu ilin mayında ölkəsinin birtərəfli qaydada İranla nüvə sazişindən çıxdığını və bu ölkəyə qarşı sanksiyaları bərpa etdiyini bəyan edib. İranla həmin nüvə sazişi 2015-ci ildə əldə edilmişdi.

Həmin sazişə ABŞ-la yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya da imza atıb. Amerikadan fərqli olaraq qalan ölkələr sazişə sadiq qalacaqlarını vəd ediblər.

XS
SM
MD
LG