Accessibility links

İraqın şimalında Türkiyə düşərgəsinə hücum: 1 ölü


Dohukda Türkiyə düşərgəsi
Dohukda Türkiyə düşərgəsi

Şənbə günü İraqın yarı-muxtar kürd regionunda Dohuk şəhəri yaxınlığında Türkiyənin hərbi düşərgəsinə hücum edən etirazçılardab biri ölüb, azı onu yaralanıb. Sakinlər və kürd rəsmilərinin bildirdiyinə görə, reyd zamanı onlar iki tank və başqa maşınları yandırıb.

Ərazinin baş səhiyyə rəsmisi Nəcib Səid deyib ki, etirazçının ölümünə nəyin səbəb olduğu hələ ki, bəlli deyil. O, Türkiyə əsgərlərinin etirazçılara atəş açdığını və maşın və avadanlıqların alovlanması nəticəsində bir neçə partlayışın baş verdiyini bildirib.

Biz Dohuk əhalisi ilə yaxın əməkdaşlığı davam etdirmək və ərazidə mülki vətəndaşlar arasında tələfatın qarşısını almaq üçün əlimizdən gələni etmək niyyətindəyik.
Fahrettin Altun

Türkiyə hücumun Türkiyə qüvvələri ilə yerli sakinlər arasında münaqişə yaratmaq istəyən və mülki vətəndaşlar arasında gizlənən PKK üzvləri tərəfindən törədildiyini bildirib.

"Biz Dohuk əhalisi ilə yaxın əməkdaşlığı davam etdirmək və ərazidə mülki vətəndaşlar arasında tələfatın qarşısını almaq üçün əlimizdən gələni etmək niyyətindəyik" - deyə, Türkiyə prezident aparatının kommunikasiya direktoru Fahrettin Altun bildirib.

Türkiyə sərhəd yaxınlığında İraqın şimalında bazaları olan və onillərdir Türkiyədə qiyam aparan PKK qiyamçı qrupuna qarşı tez-tez hava hücumları edir.

İraqın şimalında Ərbil şəhərində kürd höküməti düşərgəyə reydi qınayıb və Ərbil hökümətində çoxluq təşkil edən və Türkiyə ilə münasibəti olan Kürdüstan Demokratik Partiyasının (KDP) rəqibi PKK-nı nəzərdə tutaraq hadisəni sövq etdiklərinə görə “təxribatçıları” günahlandırıb.

Erbil said it had sent its forces to the area to calm the situation.

Ərbil vəziyyəti sakitləşdirmək üçün əraziyə qüvvə göndərdiyini bildirib.

Dohuk regionundakı kürd rəsmilər deyib ki, orada bir kütlə insan Türkiyənin dörd mülki vətəndaşın ölümü ilə nəticələnən hava reydinə qarşı nümayiş keçirirdi. Rəsmi adının açıqlanmasını istəməyib.

Bir digər adının açıqlanmasını istəməyən kürd rəsmisi deyib ki, Dohukun şərqində Şiladze düşərgəsinəki Türkiyə qoşunları ilk öncə nümayişçilərə atəş açıb, daha sonra düşərgəni tərk edib.

Dohukda etirazçılar Türkiyə düşərgəsinə hücum edib
Dohukda etirazçılar Türkiyə düşərgəsinə hücum edib

O deyib ki, kürd təhlükəsizlik qüvvələri vəziyyətə nəzərat etməyə çalışır.

Ötən ay ABŞ-ın qoşunlarını İŞİD-ə qarşı mübarizə apardığı qonşu Suriyadan çıxaracağını elan etməsi Türkiyənin terrorçu olaraq görüdüyü ABŞ-ın dəstəklədiyi kürd qüvvəlrinə hücum edəcəyinə dair narahatlıqlara səbəb olub.

Türkiyə YPG yarı-hərbi qrupun PKK-nın qolu olduğunu bildirir. Tramp isə YPG-yə hüum etdiyi təqdirdə Türkiyənin iqtisadi fəlakətlə üzləşəcəyinə dair xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG