Accessibility links

İspaniya 629 miqrantı daşıyan gəmini qəbul edib


İspaniya Malta və İtaliyanın qəbul etmək imtinasından sonra 629 miqrantı daşıyan gəmini qəbul edib.

Cəmisi bir həftədir vəzifəsinə başlayan baş nazir Pedro Sançes ofisinin bəyanatında gəminin Valensiya liman şəhərində qəbul edildiyi bildirilib.

Miqrantlar arasında 100-dən artıq kimsəsiz uşaq var.

İtaliyanın ifrat sağçı Liqa partiyasından daxili işlər naziri Matteo Salvini həftə sonu gəminin İtaliyaya yan almasına icazə verməyib. O deyib ki, həyatların xilası vəzifəmizdir, lakin İtaliyanın qaçqın düşərgəsinə çevrilməsinə yol verməyəcəyik.

İtaliya Maltanın qaçqınları qəbul etməsini təklif edib, Malta isə buna razılıq verməyib.

XS
SM
MD
LG