Accessibility links

İsraildə parlament siyasi çəkişmələr fonunda fəaliyyətə başladı


Cümə axşamı İsrailin yeni seçilmiş parlament üzvləri and içərək fəaliyyətə başlayıblar.

Adətən bayram əhvali-ruhiyyəsində keçən bu tədbir hazırda baş nazir Benyamin Netanyahunun siyasi karyerasını bitirmək təhlükəsi ilə üzləşdiyi və ölkənin siyasi sisteminin iflicinə səbəb olan korrupsiya ittihamları ilə bağlı dinləmələrlə paralel baş verir.

Nə Netanyahu, nə də onun əsas rəqibi Benni Qantz öz müttəfiqləri ilə əksəriyyət əldə edə bilməyib. İndi onlar bir ildən az zamanda keçiriləcək üçüncü seçkilərdə alternativ birlik üçün bir-birlərindən asılı vəziyyətdə olacaq.

Belə görünür, tərəflər arasında danışıqlar Netanyahunun mühafizəkar və millətçi tərəfdarlarının təsiri ilə baş nazir olaraq qalmaqda israr etdiyi üçün dayandırılıb.

Qantzın mərkəzçi `Mavi və Ağ` partiyası seçki kampaniyası zamanı verdiyi vədə sadiq qalaraq hüquqi problemlərlə üzləşən Netanyahu ilə koalisiya hökuməti qurmaqdan imtina edir.

Onun müavini Yair Lapid hakimiyyətə gəldikdə ona verilən vəzifədən birlik naminə imtina etdiyini deyib. `Ölkədə birlik olması mənim üçün daha vacibdir. Mühümdür ki, yenə də seçki olmasın. Bu ölkə sağalma prosesinə başlasın,` deyə o bildirib.

Özünün partiya fraksiyasında Netanyahu hökumət qurmağın `xalqın iradəsi` olduğunu və buna görə də vəzifədən getmək niyyətində olmadığını deyib.

`Birlikdə getməliyik`, `Buna seçici qərar verib və bu anda düzgün olan budur,` Netanyahu deyib.

Baş prokuror Aviçay Mandelblit Netanyahya qarşı ayrı-ayrı üç ittham - dələduzluq, etimadsızlıq və rüşvət ittihamlarının irəli sürülməsini tələb edir. İsrail qanununa görə Netanyahunun məhkəmənin son mərhələsində özünü müdafiə etmək hüququ var.

Netanyahu məhkəmədə adının təmizə çıxacağına, vəkilləri isə onun günahız olduğunu sübut edəcəklərini bəyan edib. İttihamlar rəsmi olaraq irəli sürülsə, Netanyahu istefa vermək istiqamətində güclü təzyiqlərə məruz qala bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG