Accessibility links

İsrailin baş naziri 3 Avropa ölkəsinə səfərə başlayıb


İsrailin baş naziri 3 Avropa ölkəsinə səfərə başlayıb. Benyamin Netanyahunun səfərinin məqsədi İrana nüvə silahı proqramına qarşı dəstək toplamaqdır.

Almaniya onun səfərinin ilk dayancağıdır. Netanyahu Almaniya kansleri Angela Merkellə görüş keçirib. Daha sonra baş nazirin Fransa və Britaniyaya gedəcəyi gözlənilir.

Almaniya, Fransa və Britaniya Çin və ABŞ-la birgə İranla 2015-ci il nüzə sazişinə imza atan ölkələrdir.

Donald Tramp ötən ay ABŞ-ın sazişdən çıxdığını bəyan edib.

O, İsrailin İranın nüvə fəaliyyətlərinə dair təqdim etdiyi dəlillərin o ölkənin yalan danışdığını sübut etdiyini deyib. Tramp Tehranın nüvə silahı istehsalı cəhdlərini davam etdirdiyini bildirib.

ABŞ dövlət başçısı nüvə sazişinin tarixdə yol verilən ən böyük fəlakət adlandırıb.

XS
SM
MD
LG