Sentyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsullğuna gedən və səkkiz gün boyunca heç bir xəbər alınmayan jurnalist Camal Xaşuqci ilə bağlı istintaq davam edir.
Jurnalistin nişanlısı deyib ki, Camal "təhlükədə olduğundan narahatlığını” bildirsə də, bundan qorxmadığını söyləyib.
Xatis Çingiz Vaşinqton Postda yazıb ki, onun nişanlısı Camal Xaşuqci ilk dəfə konsulluğa sentyabrın 28-də gedib və ötən həftə evlənmək üçün lazımi sənədləri götürmək üçün geri dönüb. O yazır ki, nişanlısını o gündən bəri görməyib.
Washington Post qəzetinə də yazan Camal Xaşuqci Məhəmməd bin Salman hökumətinin kəskin tənqidçilərindən biri idi. O, Səudiyyə Ərəbistanında fərqli düşünənlərə qarşı təqiblərdən sonra ölkəni tərk edərək, Birləşmiş Ştatlara yerləşib.
Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanının ölkədəki səfirini bazar günü yenidən Xarici İşlər Nazirliyinə çağıraraq, ona Ər-Riyadın tam əməkdaşlıq edəcəyini gözlədiklərini bildirib.
ABŞ vitse-prezidenti Mayk Pens "Amerikanın hər cür kömək etməyə hazır olduğunu" deyib.