Accessibility links

İtaliyada qatar qəzaya uğrayıb


İtaliya mətbuatı cümə axşamı bildirib ki, qatar dəmir yolu keçidində ilişib qalan bir başqa qatarla toqquşub. Nəticədə iki nəfər ölüb, çox sayda insan yaralanıb. Onların bəzilərinin vəziyyəti ciddidir.

İtaliyanın şimalında Turin şəhəri yaxınlığında baş verən qəzada maşinist dünyasını dəyişib.

Onlarla sərnişin daşıyan regional qatar baryerlərə dəyəndən sonra dəmir yolu keçidində ilişib qalan ağır yük qatarı ilə toqquşub.

Qəza nəticəsində qatarın bəzi vaqonları relsdən çıxıb. Qəza ilə bağlı istintaq aparılır.

XS
SM
MD
LG