Accessibility links

İtaliyanın baş naziri Mario Dragi vəzifəsinin icrasına başladı


İtaliya Prezidenti Serdco Mattarella və Baş Nazir Mario Dragi.

İtaliya prezidenti Serco Mattarella şənbə günü Avropa Mərkəzi Bankının sabiq sədri Mario Dragini andını qəbul edərək onu koronavirus böhranı və iqtisadi geriləməyə qarşı mübarizə aparmaq üçün təşkil olunan birlik hökumətin başı olaraq baş nazir təyin edib.

İtaliyada bir partiya istisna olmaqla bütün əsas partiyalar onu dəstəkləyib. Onun kabinetində siyasi spektrin bütün hissələrindən qanunvericilər yer alıb, bundan əlavə maliyyə nazirliyi və yeni yaşıl keçid portfoliosu kimi əsas vəzifələrə texnokratlar təyin olunub

Draginin üzərinə böyük məsuliyyət düşür.

O, İtaliyanın pandemiyadan sonra bərpasını planlaşdırmalı və dərhal Avropa İttifaqında tənəzzülə doğru gedən iqtisadiyyatı bərpa etməyə yönəlmiş 200 milyard avronu necə istifadə etməklə bağlı planlar üzərində işləməlidir.

Müvəffəq olsa Dragi bütün İraliyanın uzun zamandır davam edən problemləri səbəbilə avrozonanı gücləndirə bilər. Bundan əlavə onun müvəffəqiyyəti İtaliyanın şimaldakı skeptik müttəfiqlərinə sübut edə bilər ki, onlar yoxsul kasıba maliyyə ysrdımı etməklə bütün ittifaq gücləndirə bilərlər.

Lakin Dragi böyük çətinliklərlə üzləşir. İtaliya İkindi Dünya Müharibəsindən bəri ən pis böhranla üzləşir.Hələ də hər gün COVID-19-dan iki yüz nəfər həyatını itirir, vaksinasiya kampaniyası çox yavaş irəliləyir və onun məsələləri həll etmək üçün məhdud zamanı var.

İtaliyada iki il sonra səsvermənin keçiriləcəyi gözlənilir, lakin Trampın immiqrasiya, ədliyyə, insfrastruktur inkişafı və sosial rifah kimi məsələlərdə radikal şəkildə əks fikirlərə sahib partiyalardan ibarət koalisiyanın başçısı olaraq o vaxtə qədər hakimiyyətdə qalıb-qalmayacağı bəlli deyil.

Dragi hökuməti 1946-cı ildən bəri hakimiyyətə gələn 67-ci, son on ildə isə yeddinci hökumətdir ki, bu da İtaliyadakı siyasi qeyri-sabitliyi vurğulayır.

Prezident Sergio Matarella bundan öncəki koalisiyanın partiyalar arası mübarizə nəticəsində dağılmasından sonra Draginin hökumətin başına keçməsini istəyib. Dragi son 10 gündə planlarını tərtib edib və cümə günü səkkiz qadının daxil olduğu 23 üzvlük güclü kabinetini açıqlayıb.

Səkkiz nazirliyə təxnokrat təyin olunub, qalanlarına isə hökuməti dəstəkləyən altı əsas partiya arasında bölüşdürülüb. Parlamentin ən böyük qrupu olan 5-Ulduz Hərəkatına beş, Demokratik Partiya, Liqa və Forza İtalia partiyalarının hər birinə üç, İtalia Viva LEU partiyalarının hər birinə isə bir nazirlik verilib.

Maliyyə naziri vəzifəsinə Dragi köhnə həmkarı, İtaliya Bankının başçısının müavini Daniel Frankonu, ədliyyə naziri vəzifəsində isə konstitusiya məhkəməsinin keçmiş sədri Marta Kartabianı təyin edib.

Sosial media hesabları olmayan Dragi çərşənbə axşamı parlamentin yuxarı palatasında, cümə axşamı ilə aşağı palatada proqramını açıqlayacaq.

Hər iki palatada etimad səsverməsi keçiriləcək və kabinetdə İtaliyanın Qardaşları partiyasından başqa bütün partiyalar təmsil olunduğu üçün onun İtaliya tarixində ən böyük səslə etimad səsverməsini qazanacağı gözlənilir.

Şərhlərə bax

XS
SM
MD
LG