Accessibility links

Mozambikdə İdai siklonu nəticəsində ölənlərin sayı 400-ü keçib


Mozambikdə İdai siklonu nəticəsində ölənlərin sayı 400-ü keçib. Cənubi Afrika və Hindistan ordusunun müşayiəti ilə yardım komandaları ölənlərin axtarışını davam etdirir. Çoxsaylı insan hələ də itkindir. On minlərlə insan əziyyətdədir.

UNICEF bildirir ki, məktəblər və xəstəxanalar dağılıb, bəzilərindən isə sığınacaq kimi istifadə edilir. Minlərlə uşaq məktəbə gedə bilmir.

Uşaqların çoxu fiziki və emosional təzyiq altındadır.

Mozambikin ekologiya naziri Çelso Korreia vəziyyətin hələ də kritik olduğunu, lakin yaxşıya doğru getdiyini deyib. Onun sözlərinə görə, 1500 insan ağaclar və damlardan xilas edilib. 89 minə yaxən adam çadırlara sığınıb.

BMT Mozambik və Malavidə ölənlərin sayının 700-dən çox olduğunu bildirib.

Yardım işçiləri su səviyyəsinin azalması ilə daha artıq cəsəd aşkar ediləcəyini təxmin edir.

Daşqınların təsirinə 1.7 milyon insan məruz qalıb. Son təbii fəlakət regionda son on illər ərzində qeydə alınan fəlakətlərin ən ağırıdır.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG