Accessibility links

İslandiya yığmasının qapıçısı “Qarabağ” futbol komandasına keçib


Azərbaycan çempionu "Qarabağ" futbol komandası Facebook səhifəsində İslandiya yığmasının qapıçısı, əvvəllər Danimarkanın "Randers" komandasında çıxış edən Hannes Halldourssonun transferi barədə məlumat yayıb. 34 yaşlı futbolçunun transferinin detalları açıqlanmır.

Rusiyada Dünya Çempionatında H.Halldoursson üç matç keçirib: Argentina (1:1), Nigeriya (0:2) və Xorvatiya (1:2), ümumilikdə beş top buraxıb. Argentinalılar ilə görüşdə o, Lionel Messinin vurduğu penaltinin qarşısını alıb.

İslandiya bir xal ilə qrupda sonuncu yeri tutaraq pley-off mərhələsinə keçə bilməyib.

H.Halldoursson 2011-ci ildən İslandiya yığmasında çıxış edir. Avro-2016-da komandaya ilk dəfə dörddə bir finala çıxmasına kömək edib.

Ötən mövsüm "Qarabağ" beşinci dəfə Azərbaycan çempionatında qalib gəlib. Çempionlar Liqasında klub birinci seçmə raundundan start götürüb.

H.Halldourssonla yanaşı, komanda heyətini Xorvatiya yığmasında təcrübə qazanmış yarımmüdafiəçi Filip Ozobiç və "Lans"dan keçmiş fransalı Abdulla Zubir gücləndirib.

Ötən mövsüm "Qarabağ" Çempionlar Liqasında qrup turnirinə keçən ilk Azərbaycan komandasıdır.

XS
SM
MD
LG