Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) yeni açıqladığı "Dünyada Fəlakətlərə dair Hesabatı"nda dünyanın növbəti pandemiyaya təhlükəli dərəcədə hazır olmadığını bildirib və bunun dünya ölkələri üçün ciddi tibbi, iqtisadi və sosial nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Əvvəlki hesabatlardan nəzərəçarpacaq dərəcədə fərqli olaraq, IFRC keçən il saysız-hesabsız dağıntılara səbəb olan çoxsaylı təbii fəlakətlərdən danışmayıb. Hesabatda zəlzələ, daşqın və quraqlıq kimi fəlakətlərin səbəb olduğu ölümlər, dolanışıq və infrastrukturun dağılmasını qiymətləndirilmir.
Bütün bunların əvəzində hesabatda diqqət COVID-19 pandemiyasının yaratdığı qlobal böhrana və ictimaiyyətin növbəti qlobal səhiyyə böhranına indidən hazır olmadığı halda gələcəkdə daha ağır fəlakətlər barədə xəbərdarlıqlara yetirilir.
IFRC-nin baş katibi Caqan Çapageyin hesabatın müəlliflərinin koronavirus pandemiyasının yaddaşlarımızda ən böyük fəlakət olaraq qaldığı qənaətinə gəldiyini bildirib.
"Düşünürəm ki, heç bir başqa fəlakət, qasırğa, zəlzələ, quraqlıq və ya daşqın dəhşətli insan itkiləri və sosial-iqtisadi xərclər baxımından rəqabət apara bilməz. Əlbəttə ki, təqribi hesablamalar bizə bu üç il ərzində COVID-19-dan 6,5 milyon insanın öldüyünü göstərib. Ancaq hamımız bilirik ki, real rəqəm daha çox ola bilər" - deyə, Çapageyn bildirib.
Onun sözlərinə görə, maliyyə xərcləri heyrətləndiricidir. O deyib ki, Beynəlxalq Valyuta Fondu son üç ildə pandemiyanın vurduğu zərərin 13,8 trilyon dollar olduğunu təxmin edir.
Çapageyn COVID-19 pandemiyasının qlobal ictimaiyyətin növbəti sağlamlıq böhranına hazırlaşması üçün oyanış çağırışı olmalı olduğunu deyib. O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı və bir çox epidemioloqlar xəstəliyin daha sürətlə yayıldığı barədə xəbərdarlıq edib.
Çapageyn bu epidemiyalara iqlim dəyişikliyi, malların və xidmətlərin artan hərəkəti, urbanizasiya, eləcə də artan bərabərsizlik kimi amillərin səbəb olduğunu deyib. Onun sözlərinə görə, gələcək səhiyyə böhranlarının həlli dünya liderləri arasında, icmalar və ölkələr daxilində etimadın yaradılmasından asılıdır.
"Etibar olmadan pandemiya əleyhinə həyati əhəmiyyətə malik tədbirlər onlara ən çox ehtiyacı olan insanlar tərəfindən qəbul edilməyəcək və həyata keçirilməyəcək. Hazırlıq bərabərlik tələb edəcək. Hazırlığımız daha çox ədalət üçün müddəaları əhatə etməlidir, çünki ictimai səhiyyə ilə bağlı fövqəladə hallar mövcud bərabərsizlikləri gücləndirəcək," o deyib.
Çapageyn icma əsaslı təşkilatların pandemiyaya hazırlıq və cavab tədbirlərinin ayrılmaz hissəsi olmalı olduğunu bildirib. O, yerlərdəki işçilərin və icmaların xəstəliyin yayılmasının idarə edilməsinin bütün mərhələlərində mühüm rol oynamalı olduğunu deyib.
O qeyd edib ki, IFRC heyəti və onun qlobal könüllülər şəbəkəsi son üç il ərzində 1,1 milyarddan çox insanın virusdan qorunmasına yardım edib.