Accessibility links

ABŞ səfirliyi Azərbaycanda İngilis Dili Həftəsi təşkil edib


Martın 1-dən 5-nə kimi ABŞ-ın Azərbaycandakı səfirliyi ikinci İllik İngilis Dili Həftəsi təşkil edib. Sözügedən tədbir çərçivəsində Bakıda yerləşən Amerika Mərkəzində və bir sıra yerli universitetlərdə seminarlar təşkil olunub və ingilis dilinin öyrənilməsini təşviq edən fəaliyyətlər həyata keçirilib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin mətbuat üçün açıqlamasında deyilir.

İngilis Dili Həftəsi ərzində səfirlik bütün yaş qruplarını əhatə edən müxtəlif interaktiv fəaliyyətlər vasitəsilə ingilis dili, müasir tədris metodları və ingilis dilini öyrənənlər üçün müxtəlif resurslar barədə məlumatları paylaşıb.

Səfirliyin mədəniyyət məsələləri üzrə əməkdaşı Emi Petersen deyib:

“İngilis dilini danışmaq və başa düşmək bacarığı qlobal iqtisadiyyata qatılmaq və rəqabətə davamlı olmaq imkanı yaradır. Məhz buna görə İngilis Dili Həftəsi kimi layihələr tələbələri ingilis dilinin öyrənməsinə həvəsləndirir və müəllimlərə dilin tədrisini daha da səmərəli etmək üçün lazımi üsulları təqdim edir”.

Məlumatda bildirlir ki, İngilis Dili Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə 2200-dən çox insan iştirak edib.

Sessiya iştirakçılarını həvəsləndirmək üçün ABŞ səfirliyi peşəkar ingilis dili müəllimlərini Azərbaycana dəvət edib. Bölgə üzrə İngilis Dili Əlaqələndiricisi Kevin Makkohi Azərbaycanda olarkan Bakı Dövlət, Azərbaycan Dillər, Bakı Slavyan, və Qafqaz universitetlərində, həmçinin Zərifə Əliyeva adına liseydə görüşlər keçirib. Digər ingilis dili mütəxəssisləri Melani Beyker və Sara Qallaher Bakıdakı Amerika Mərkəzində müəllimlər və tələbələr üçün seminarlar keçirib.

Cənab Makkohi həmçinin Azərbaycanın İngilis Dili Müəllimləri Assosiasiyasının üzvləri ilə görüşüb və İsmayıllıda ingilis dili müəllimləri üçün seminar keçirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG