Accessibility links

Robert Sekuta Ombudsmanla görüşüb


Robert Sekuta və Elmira Süleymanova

İyunun 29-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə görüşüb.

Bu barədə APA agentliyi Ombudsman Aparatının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Ombudsman Milli Preventiv Mexanizm (MPM) qismində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, sosial obyektlərə, ahıllar və əlillər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına müntəzəm olaraq başçəkmələr həyata keçirdiyini, hər bir başçəkmədən dərhal sonra bununla bağlı mətbuata açıqlanma verildiyini, müvafiq qurumlara müraciət edildiyini bildirib.

Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə penitensiar müəssisələrdəki vəziyyət, saxlanılan şəxslərin hüquqlarının, sağlamlıq hüquqlarının təmini, qəbul olunan şəxslər və onların müraciətlərinin effektiv təmini istiqamətində görülən işlər barədə məlumat verib.

Səfir Sekuta insan hüquqlarının bütün dövlətlər üçün prioritet olduğunu, bu sahədə ABŞ və Azərbaycanın əməkdaşlığı üçün perspektiv imkanların mövcudluğunu qeyd edərək, Azərbaycan Ombudsmanının bu istiqamətdə əməkdaşlığı daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb.

Görüşdə səfiri maraqlandıran suallar ətraflı cavablandırılıb.

XS
SM
MD
LG