Accessibility links

Dünyada hər kəsi İnternetlə təmin edəcək dronun sınaq uçuşu uğurla tamamlanıb


Mark Zukerberq Aquila pilotsuz təyyarəsinin pərini nümayiş etdirərkən.
Mark Zukerberq Aquila pilotsuz təyyarəsinin pərini nümayiş etdirərkən.

Facebook-un bütün dünyanı İnternetlə təmin edəcək pilotsuz təyyarəsi Arizonada sınaq uçuşunu uğurla tamamlayıb. Günəş enerjisi ilə çalışan dronun öncəki cəhdi uğursuz olmuş və o, yerə çırpılmışdı.

Dünyanın ən nəhəng sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqin uzun zaman öncə təşəbbüsünü irəli sürdüyü bu dronun adı Aquila-dır. Şirkət bu pilotsuz təyyarə ilə İnternetə çıxışı olmayan əraziləri İnternetlə təmin edərək, əlavə olaraq 4 milyarda yaxın insanın qlobal şəbəkəyə çıxışına nail olmaq niyyətindədir.

“Aquila hazır olan kimi günəş enerjisi ilə çalışan təyyarələr donanması dünyanın hər bir yerinə İnternet bağlantısı gətirəcək.” Bu sözləri Zukerberq öz Facebook səhifəsində yazıb.

Dronun ikinci uçuşu may ayında tamamlanıb. Budəfəki uçuş zamanı drona yeni sensorlar və pərlər qoyulmuşdu. Yeni elementlər pilotsuz təyyarənin daha rahat enişini təmin edilməsi üçün əlavə edilib. Dron bir saat 46 dəqiqə ərzində hava olmuş və 910 metr hündürüyə qədər qalxa bilmişdir.

Aquila-nın çəkisi 450 kiloqram, qanadı isə Boeing 747 təyyarəsindən daha uzundur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG