Bu gün Vaşinqtonda Milli İqlim Yürüşü keçirilir.
Alimlər, dini qruplar, azgəlirli insanların hüquqlarının müdafiəçiləri həmkarlar ittifaqları və bir çox digər fəal prezident Donald Trampın iqlim dəyişikliyinin hədələrinə məhəl qoymaması və qazıntı yanacağında istifadəni dəstəkləməsinə etiraz edir.
Ötən həftə sonu alimlər presedentsiz bir addım ataraq dünyanın 600-dən çox şəhərində yürüşlər təşkil edib. Onlar dəlillərə əsaslanan bilgilərə qarşı artmaqda olan siyasi təzyiqlərə etiraz edib.
Elm yürüşünə Avstraliya, Braziliya, Kanada, Nigeriya, Cənubi Koreya, İngiltərə və bir çox ölkə şəhərlərinin alimləri qatılıb.
Berlin yürüşlərində 10 mindən çox insan iştirak edib.
Nümayişçilərin üzərində "Faktlar hissiyyat deyil", "Biz dəlilləri olan ekspertləri sevirik" kimi sözlər yazılmış plakatlar qaldırıb.
Cenevrədə yürüş iştirakçıları "Elm-qaranlıqda şam" and "Elm cavabdır" kimi şüarlar səsləndirib.
Londonda elmi dəstəkləyən şüarlarla plakatlar qaldırılıb.
Paytaxt Vaşinqtonda çadırlar qurulub. Çoxsaylı alim müzakirələrdə iştirak edib, natiqlərin çıxışları səslənib.
Yer Kürəsi gününə təsadüf edən beynəlxalq tədbirin təşkilatçıları yürüşün nə Tramp administrasiyası, nə də heç bir siyasi partiya əleyhnə təşkil edildiyini bildirir.
Onlar bu tədbirlə elmin həyati rolunun vacibliyini önə çəkdiklərini deyib.