Accessibility links

Robert Sekuta: İqtisadi diversifikasiya müzakirə olunan vacib mövzudur


Robert Sekuta

Oktyabrın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi işgüzar naharda çıxış edib.

Oktyabrın 16-dan 18-dək Amerika -Azərbaycan Ticarət Palatası və ABŞ-ın Kommersiya Departamentinin təşkilatçılığı ilə ABŞ şirkətlərinin ticarət missiyası Azərbaycanda səfərdədir. Ticarət missiyasına 15 şirkəti təmsil edən otuzadək iş adamı daxildir. Biznes missiyasının məqsədi əlaqələr yaratmaq, nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrində əməkdaşlığı inkişaf etdirməkdir.

Nümayəndə heyətini Türkiyə və Azərbaycan üzrə Ticarət Missiyasının müşaviri Vilyam Çaykovski və Xarici Özəl İnvestisiya Koorporasiyasının icraçı direktoru Kenes Engıl müşayiət edir.

Səfir Sekuta bugünkü çıxışında bildirib ki, Azərbaycan müstəqilliyinə yenidən qovuşduqdan sonra Birləşmiş Ştatların Azərbaycana qarşı siyasəti sabit olub: biz güclü, sabit, çiçəklənən, demokratik, müstəqil Azərbaycanın tərəfdarıyıq.

Birləşmiş Ştatların Azərbaycana qarşı siyasəti sabit olub: biz güclü, sabit, çiçəklənən, demokratik, müstəqil Azərbaycanın tərəfdarıyıq.

“Son 25 ildə bizim Azərbaycana etdiyimiz yardım kənd yerlərində iqtisadi inkişaf məqsədilə göstərilən dəstək və Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş insanlar üçün 120 milyon dolları aşan humanitar yardım daxil olmaqla 1.3 milyard dollardan çox olub”, o qeyd edib.

Səfirin sözlərinə görə, yeddi mindən çox azərbaycanlı ABŞ dövləti tərəfindən maliyyələşdirilən proqramlar üzrə Birləşmiş Ştatlarda təhsil alıb.

“Sülh Korpusunun 500-dən çox könüllüsü Azərbaycanda işləmiş, buranı sevmiş və indi Birləşmiş Ştatlarda Azərbaycanın nümayəndələri kimi fəaliyyət göstərir və amerikalılara sizin ölkəniz barədə danışırlar. Bizim hazırkı işlərimizə ölkə üzrə azərbaycanlıların internetə pulsuz girişdən, Birləşmiş Ştatlarda təhsil haqqında məlumatdan və külli miqdarda ingilis dili resurslarından faydalana biləcəkləri yenidən açılmış dörd Amerika guşəsi daxildir”.

Səfir iqtisadi əlaqələrdən danışarkən deyib ki, iqtisadi aspekt ayrılmaz şəkildə demokratiya, insan hüquqları və ikitərəfli münasibətlərin təhlükəsizlik aspektləri ilə bağlıdır və eyni zamanda amerikalıların azərbaycanlılarla paylaşdığı məqsədin anlaşılmasına açardır.

İqtisadi aspekt ayrılmaz şəkildə demokratiya, insan hüquqları və ikitərəfli münasibətlərin təhlükəsizlik aspektləri ilə bağlıdır və eyni zamanda amerikalıların azərbaycanlılarla paylaşdığı məqsədin anlaşılmasına açardır.

“Bizim Azərbaycan hökuməti ilə iqtisadi sahə üzrə iş birliyimiz son dərəcə möhkəm olub. Birləşmiş Ştatlar Azərbaycanın qeyri-neft diversifikasiyası cəhdlərini dəstəkləyir. ABŞ-da yerləşən şirkətlər Azərbaycanın pərakəndə satış, konsaltinq, kənd təsərrüfatı, istehlak malları, aviasiya, mühəndislik, proqram təminatı və hidrokarbon sektorlarına, eləcə də bir çox digər sektorlara cəlb edilib”.

Robert Sekuta ABŞ-ın Azərbaycanla bağlı həyata keçirdiyi iqtisadi layihələrdən də danışıb.

“Biz aqrar-sənaye komplekslərini ABŞ kənd təsərrüfatı texnologiyası ilə tanış etmək üçün Birləşmiş Ştatlara öyrədici turlar təşkil etmişik. Biz yerli fermerlərə məhsullarının keyfiyyətini dünya standartlarına necə çatdıra biləcəklərinə dair təlimlər keçir və onların beynəlxalq alıcılarla təmas yaratmaqlarına köməklik göstəririk ki, onlar öz məhsullarını rəqabətli şəkildə xarici bazarda sata bilsinlər. Biz kiçik və orta sahibkarlar üçün maliyyə resurslarından istifadəni təmin edirik. Biz fermerlərə kredit verən yerli bankları kredit zəmanəti ilə təmin edirik. Biz daxil olan və çıxan yükləri izləyəcək veb-portalı işləyib hazırlamaq üçün Tranzit Şurası ilə işləyirik. Biz gənclərə və qadınlara iş bacarıqları öyrədərək onların potensialını genişləndiririk. Biz həmçinin təchizat zənciri, marketinq, kənd təsərrüfatı biznesi, infrastruktur, əqli mülkiyyət və tikintidə enerji səmərəliliyi daxil olmaqla, sənaye sektoru proqramlaşdırılması üzrə Azərbaycanda biznes peşəkarlarına təlim keçrik”.

İşgüzar nahar
İşgüzar nahar

Bundan əlavə, səfir deyib ki, ABŞ məhkəmə hüquq səlahiyyəti və kommersiya hüquq çərçivəsinin inkişafına yönəlmiş seminarlarla əməkdaşlıq vasitəsilə hökumətin biznes iqlimini və hüquq normaları mühitini möhkəmləndirmək üçün iqtisadi siyasət cəhdlərini dəstəkləməyə çalışır.

“Kommersiya, normativ və məhkəmə mühiti üzrə bu iş ABŞ şirkətləri, eləcə də Azərbaycanın beynəlxalq rəqabətliliyi məqsədilə sahibkarları cəlb etmək üçün lazım olan qabaqcadan xəbər verilə bilən, şəffaf və qaydalara əsaslanan vergi sisteminə yönəlmiş islahatları müdafiə edərək vahid şərtlərin təmin edilməsinə köməklik göstərir”.

Robert Sekuta xatırladıb ki, iqtisadi diversifikasiya və inkişafın ön plana çəkilməsi prezident İlham Əliyevin Vaşinqtona sonuncu səfəri zamanı müzakirə olunan vacib mövzu olub.

İqtisadi diversifikasiya və inkişafın ön plana çəkilməsi prezident İlham Əliyevin Vaşinqtona sonuncu səfəri zamanı müzakirə olunan vacib mövzu olub.

“Bunun üçün lazım olan tədbirlər 2016-cı ilin aprelində prezident İlham Əliyevin Amerika Ticarət Palatası ilə müzakirəsinin mərkəzində dururdu. Palatanın ekspert məruzəsi üzrə sonrakı işi prezident Əliyevin dekabrda imzaladığı islahatlar üçün perspektiv planı formalaşdırdığına görə Azərbaycan hökumətini son dərəcə faydalı nəticələr və məlumatlarla təmin edib. Palata Azərbaycanın artan sabitliyi və inkişafı, eləcə də indi burada fəaliyyət göstərən və ya Azərbaycan bazarına daxil olmaq istəyən Amerika şirkətləri üçün biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı vacib olan cəbhədə Azərbaycan hökuməti ilə işləməyə davam edir”.

Səfir deyib ki, ABŞ Azərbaycanda islahat cəhdlərini dəstəkləməyə davam edir.

Azərbaycan-ABŞ Biznes Forumu
Azərbaycan-ABŞ Biznes Forumu

“Hər iki ölkəyə fayda vermək cəhdi ilə biz vergi, gömrük, əqli mülkiyyət hüquqları, rəqabət kodeksi, qida təhlükəsizliyi və maliyyə sektoru islahatları üçün qanun və qaydaları işləyib hazırlamaq məqsədilə Azərbaycan hökuməti ilə işlədik. Bu tədbirlər ABŞ şirkətlərinə malları və xidmətləri Azərbaycan bazarına daha yaxşı və səmərəli şəkildə ixrac etməyə, iki ölkə arasında ticarət maneələrini sındırmağa, Azərbaycana öz inkişafını sürətləndirməyə və vətəndaşlarının rifahını yaxşılaşdırmağa köməklik göstərmək üçün imkan verir”.

Sekutanın fikrincə, iqtisadi islahatların həyata keçirilməsi vaxt aparır.

Kapital həm məhdudlaşdırılmış, həm də asanlıqla geri çağırılandır və müxtəlif layihələr arasında cəld hərəkət edir

“Bunlar asan deyil, lakin bunlar Birləşmiş Ştatlar da daxil olmaqla, bir çox ölkədə gedən səmərəli azad bazarların gücləndirilməsinə, həyata keçirilməsinə köməklik göstərir. Təcrübə göstərir ki, səmərəli islahat prosesləri üçün geniş qoyuluş və özəl sektor, hökumət və cəmiyyətin digər elementləri arasında davamlı dialoq lazımdır. Bu davamlı dialoq hansı islahatların lazım olduğu və onların hansı yolla daha yaxşı həyata keçirilməsinə dair təklif və fikirləri ortaya çıxarır. Bu davamlı dialoq həmçinin dəstək və pay iştirakını müəyyən edir. Bütün dünya ölkələri üzrə təcrübə göstərir ki, əlaqədar şəxslər - hökumət, özəl sektor, elm sahəsi, mediada olmasından asılı olmayaraq, istehlakçılar və ya cəmiyyyətin digər elementləri arasında - məsləhət almalı və inandırılmalıdırlar. Bu dialoq asan deyil, lakin vacibdir. Fermerlər, sahibkarlar, səhmdarlar, istehlakçılar, ixtiraçılar və digərlərin müasir iqtisadiyyatda rolları var, onların hərəkətləri və dəstəyi onun uğuru üçün vacibdir. Dialoq, qoyuluş və pay iştirakı uğurlu islahat proqramı üçün vacibdir.

İkinci fikir budur ki, bazar subyektləri daimi - və ümumdünya - rəqabətindədirlər. Kapital həm məhdudlaşdırılmış, həm də asanlıqla geri çağırılandır və müxtəlif layihələr arasında cəld hərəkət edir”.

Səfir Azərbaycanın çətin dünya iqtisadiyyatında rəqabət aparmaq cəhdlərinə kömək üçün bir neçə təkliflə çıxış edib.

Müstəqil, qərəzsiz jurnalistika sahibkarlara və adi adamlara onların dünyasında nəyin baş verdiyini daha yaxşı anlamağa kömək edir.

“Birincisi, şəffaflığın artırılması və məlumat axınının təkmilləşdirilməsidir. Mən yüksək rütbəli Azərbaycan məmurlarının daha yaxşı statistikaya olan ehtiyac barədə danışdıqlarını eşitmişəm. Sahibkarlar məlumat üzərində uğur qazanırlar. Istehlakçıların alış vərdişləri üzrə məlumatlar, iqtisadi proqnozlar və dəyər proqnozları təsərrüfat subyektlərinə baza münasibətlərini anlamağa kömək edir. Müstəqil, qərəzsiz jurnalistika sahibkarlara və adi adamlara onların dünyasında nəyin baş verdiyini daha yaxşı anlamağa kömək edir. Bununla bağlı qeyd etməliyəm ki, son aylarda biz Azərbaycan hökumətinə statistik bazanı təkmilləşdirməyə kömək edirdik. Və iki həftə bundan əvvəl biz iqtisadiyyat sahəsində 11 jurnalistə onların bu baxımdan onlara kömək edəcək müsahibə almaq, məlumatları təsdiqləmək və faktlara əsaslanan məqalələr yazmaq bacarıqlarını necə inkişaf etdirəcəklərinə dair təlim keçmişik. Bununla bağlı icazə verin yenə də təkrar edim ki, qanun və qayda məsələlərində şəffaflıq və qabaqcadan xəbər verə bilmə həmçinin son dərəcə vacibdir. Məsələn, istənilən ölkədə vergi sistemi qabaqcadan xəbər verilə bilən, şəffaf və qaydalara əsaslanan olmalıdır. Vergi məsələlərində dəyişkənlik çox güman ki sahibkarlığın, kapital qoyuluşunun və əlbəttə ki istənilən biznesin qabağını alır”.

O, ikinci təklif kimi deyib ki, korrupsiya ilə mübarizənin davam etdirilməsi vacibdir.

Qeyri-qanuni ödənişlər və digər bu cür fəaliyyətlər fondları tükəndirir, təhrif olmalar yaradır, müəssisələri nüfuzdan salır və xarici sərmayəçiləri fkirlərindən daşındırır.

“Qeyri-qanuni ödənişlər və digər bu cür fəaliyyətlər fondları tükəndirir, təhrif olmalar yaradır, müəssisələri nüfuzdan salır və xarici sərmayəçiləri fkirlərindən daşındırır. Azərbaycan hökuməti azərbaycanlılar üçün şəffaf və səmərəli şəkildə artan sayda xidmətlər təmin edən ASAN Xidmət təşəbbüsünün yaradılması və genişləndirilməsi daxil olmaqla bir sıra vacib tədbirlər görüb. Gömrük xidmətində keçən ilki islahatlar həmçinin bu baxımdan son dərəcə vacibdir və bunlar davam etdirilməli və bütün sistemdə yayılmalıdır”.

Səfir hesab edir ki, ölkənin sərmayə kapitalını cəlb etmək, saxlamaq qabiliyyətinin və iqtisadiyyatın ümumi inkişafını sürətləndirmək üçün üçüncü idarəedici açarı müstəqil məhkəmə hakimiyyəti və güclü hüquq norması sistemidir.

“İşgüzar adamların hüquq sisteminə və əlaqədar qurumlara inamı olmalıdır. Məsələn, onlar bilməlidirlər ki, müqavilə lazımi şəkildə bağlanıbsa, o, həyata keçiriləcək, əqli mülkiyyətə hörmət ediləcək və lazımi qaydada götürülmüş borclar geri qaytarılacaq. Ölkədə hüquq norması səviyyəsi şuranın kapital qoyuluşuna və digər şəkildə burada layihənin həyata keçirilməsi üçün pul xərcləməyə dair qərar qəbul etməsi üçün həlledici amildir”, Sekuta qeyd edib.

XS
SM
MD
LG