Accessibility links

Ekspertlər dolların manata nisbətdə möhkəmləməkdə davam edəcəyini bildirir


Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün hərracda 23 banka 60 milyon ABŞ dolları məbləğində vəsait satdığını bildirib

Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 29-da keçirdiyi hərracında 23 banka 60 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Fevralın 26-də keçirilən hərracda kommersiya banklarının valyutaya tələbatı 243 mln. dollar olsa da, Mərkəzi Bank bunun yalnız 20,6%-ni (50 mln. dollar) təmin edib. Beləliklə, fevralın 29-na dolların rəsmi məzənnəsi 1,5655 AZN/USD müəyyən edilib ki, bu da gündəlik 0,20% artım deməkdir. Fevralın 26-də isə rəsmi məzənnə 1,5624 AZN/USD olub.

Öz növbəsində Report agentliyinin qrupu bildirir ki, bankların dollara olan tələbatının yüksək olmasına baxmayaraq, AMB fevralın 29-da hərracda satdığı 60 mln. dollar faktiki olaraq real tələbatı 28% səviyyəsində təmin edib.

Agentlik AMB-nin artıq yumşaq devalvasiya siyasətinə başladığını qeyd edir və martın 1-nə məzənnənin əvvəlki günlərdə olduğu kimi təxminən 0,2-0,3% artaraq 1,5690-1,5700 AZN/USD olacağını proqnozlaşdırır.

İqtisadçı ekspert Samir Əliyev isə Facebook ssəhifəsində yazır ki, Mərkəzi Bankın fevral ayı üzrə valyuta ehtiyatında təxminən 370 milyon dollara yaxın azalma olacaq və valyuta ehtiyatları təxminən 4 milyard dollara yaxınlaşacaq.

“Mərkəzi Bankın son günlər hərraca tələbdən az dollar çıxarmasının da səbəbi budur ki, valyuta ehtiyatları psixoloji həddən - 4 milyard dollardan aşağı düşməsin. MB-nin valyuta satışını azaltması fonunda bankların tələbində artım müşahidə edilir”, ekspert qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG