Accessibility links

Azərbaycan məhsullarına tələbat artıb


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

2017-ci ilin 7 ayında Azexport.az portalına Azərbaycan məhsulları almaq istəyən 53 ölkədən 264,3 mln dollarlıq sifariş daxil olub.

Bu barədə Gömrük Komitəsi bildirir.

İyulda portala daxil olan sorğuların pulla qiyməti iyundakından 15% çox olub. Aylar üzrə sorğuların ümumi məbləği belədir: 2017-ci ilin yanvarında $48 mln, fevralda $6.5 mln, martda $27 mln, apreldə $29.9 mln, mayda $19 mln, iyunda $ 62.3 və iyulda $71.6 mln dollar.

Analiz göstərir ki, iyulda Rusiyadan daha çox sifariş daxil olub. Bu ölkə 2017-ci ilin 7 ayında sifarişlər üzrə liderdir.

Gömrük Komitəsinin məlumatına görə, deyilən dövrdə Azərbaycanda Rusiyaya 311 mln dollarlıq mal ixrac edilib. Bu, 7 ayda qeyri-neft ixracatının 36.4%-dir.

Azexport.az portalına müraciət edənlərin ilk beşliyində Rusiya liderdir (19%). Ardınca Ukrayna (7.8%), Türkiyə (7.4%), ABŞ (4.8%) və Səudiyyə Ərəbistanı (4.8%) gəlir.

Bu ilin iyununda ilk dəfə portala Qətər, Tanzaniya və Ekvadordan sifarişlər daxil olub.

Azərbaycanın qeyri-neft mallarına sifarişlərdə qida məhsulları liderdir: təmizlənmiş fındıq, şərab, kosmetika vasitələri, tütün, göbələk, uşaq paltarı, konservləşdirilmiş mal əti, quru süd, mebel, yumurta, dondurulmuş toyuq əti, albalı şirəsi, xalça, iplik, pambıq, kərə yağı, alma, avtomobil diaqnostikası qurğusu və s

İplik, pambıqlifi, alma, təmizlənmiş fındıq və toyuq əti üzrə hər bir mala sifariş məbləği 1 mln dollardan çoxdur.

Böyük Britaniya və Almaniyada Azərbaycan xalçalarına tələbat böyükdür. Bu mala sifarişlər Qazaxıstandan tutmuş Tanzaniyaya kimi müxtəlif ölkələrdən gəlir.

XS
SM
MD
LG