Accessibility links

Nazim Bəydəmirli: Azad sahibkarlıq əziyyət çəkir [Video-müsahibə]


Nazim Bəydəmirli: Azad sahibkarlıq əziyyət çəkir
please wait

No media source currently available

0:00 0:06:38 0:00

Milli Məclisin keçmiş deputatı Amerikanın Səsinə müsahibəsində iqtisadi islahatlar və problemlərdən danışıb

Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli Amerikanın Səsinə müsahibəsində ölkədə iqtisadi durum və islahatlardan danışıb.

Amerikanın Səsi: Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında iqtisadiyyatın bütün sferalar üzrə inkişafda olduğunu bildirib. Opponentləri isə əksinə, iqtisadiyyatda və sosial sahədə tənəzüllün davam etdiyini iddia edir. Siz, azad biznesin nümayəndəsi kimi necə düşünürsünüz?

Faktiki rəqəmlər onu göstərir ki, biznesə təzyiq artmaqda davam edir.

Nazim Bəydəmirli: Hər bir fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Ancaq faktiki rəqəmlər onu göstərir ki, biznesə təzyiq artmaqda davam edir. Həm fiskal siyasət (fiskal siyasət dedikdə dövlət хərclərinin və vergitutmanın səviyyəsinin dəyişdirilməsi istiqamətində dövlət оrqanlarının həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür-red.) yürüdən orqanlar tərəfindən, təbii ki, büdcə gəlirləri azaldıqca qeyri-neft sektoprunda çalışan sahibkarlara, iş adamlarına vergi ödənişləri ilə bağlı obyektiv təzyiqlər var. Bunu normal qarşılayıram. Sadəcə olaraq bir neçə ildir ki, təqribən iki ilə yaxındır ki, həm lisenziyaların verilməsi ilə bağlı olan məhdudiyyət aradan götürüldü, həm lisenziyaların müddətsiz verilməsinə başlandı. Bu bir çox sahələrdə də baş verdi, həm də dövlətin kənd təsərrüfatına, qeyri-neft sektoruna dəstəyi nümayiş olundu. Dövlət tərəfindən investisiyalar yatırıldı. Bu, hər halda sahibkarlığa müsbət təsir göstərib. Ancaq hər şey elə də gözəl deyil. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, insanların gəlirləri azalıb. İstehlak qiymətlərinin artması vətəndaşların vəziyyətinə mənfi təsir göstərməkdə davam edir. Hökumətin əlində olan rıçaqlar (sosial müavinətlə bağlı) məhdudlaşdırıldığından, həm də azad sahibkarlıq bundan əziyyət çəkir. Ona görə, hesab edirəm ki, kardinal islahatlar aparılmalıdır.

Amerikanın Səsi: Prezident İlham Əliyev 2017-ci ilin iqtisadi islahatlar ili kimi tarixə düşəcəyini bəyan edib. Fikrinizcə, bu il hansı köklü islahtlarla yadda qala bilər?

Nazirlər Kabinetinin stuktur islahatları nəticəsində açıqladığı qurumlar yenidən köhnə Nazirlər Kabinetini birə-bir təkrarlayır.

Nazim Bəydəmirli: Bilirsiniz ki, bu yaxınlarda cənab prezident Nazirlər Kabinetinin strukturu ilə bağlı sərəncam imzalamışdı. Düzdür, şəxsən mənim gözləntilərim daha böyük idi. Əksər ölkələrdə olduğu kimi (biz dəfələrlə bu barədə danışmışıq) Nazirlər Kabineti mobil struktura, dinamik fəaliyyət göstərən bir quruma çevrilməlidir. Ona görə də Nazirlər Kabineti dedikdə, Gürcüstan da başda olmaqla bütün keçmiş (MDB ölkələri nəzərdə tutulur-red) ölkələrdə baş nazir, baş nazirin iki müavini (hansı ki, Gürcüstanda baş nazirin müavinləri ictimai əsaslarla işləyir) və təxminən 17-18 nazirlikdən ibarət bir qurum nəzərdə tutulur. Bunların tez-tez dəyişdirilməsi mobilliyi, dinamikliyi artırır. Ona görə, mən hesab edirəm ki, Nazirlər Kabinetində geniş struktur islahatları aparılmalıdır. Nazirlər Kabinetində bir çox bir-birini təkrarlayan qurumlar var. Çox təəssüf ki, Nazirlər Kabinetinə müəyyən vaxt verildi və Nazirlər Kabinetinin stuktur islahatları nəticəsində açıqladığı qurumlar yenidən köhnə Nazirlər Kabinetini birə-bir təkrarlayır. Ona görə, hesab edirəm ki, Azərbaycan hökuməti dinamikliyini təmin etmək üçün Nazirlər Kabinetində islahatlar (Gürcüstandakı struktur islahatları kimi) həm də bu səmtdə aparılmalıdır. İslahatlar dedikdə hökumət öz xərclərini azaltmaq üçün həm say tərkibini azaltmalı, həm də kadrlarını yeniləməlidir.

Amerikanın Səsi: Ötən il iqtisadiyyatın müxtəlif istiqamətlərində islahatları nəzərdə tutan “Strateji Yol Xəritələri” qəbul edilib. Bu sənəd yerinə yetirilirmi?

Onların əksəriyyəti islahatdan çox müxtəlif söz yığınından ibarət olan sənədlər hazırlamağa daha meyllidirlər. Bu Strateji Yol Xəritələrinin iqtisadi həyatımızda bir dəyişklik edəcəyinə çox pessimist yanaşıram.

Nazim Bəydəmirli: Hökumət üzvlərinin və Strateji Yol Xəritlərini işləyən insanların, həm də cənab prezidentin açıqladığı rəqəmlərdən aydın olur ki, onlar bəzi hallarda çox gec yerinə yetirilir. Bu proqramların (Strateji Yol Xəritələri) 2020-ci ilədək həyata keçirilməsi nəzərdə tutulur. Müxtəlif prioritet istiqmətlər üzrə vəsaitlərin yerləşdirilməsi, həm də nəticəliyə yönəlmiş köklü dəyişikliklərin olması deyilir. Ancaq, bəzi hallarda heç onlar 10 faiz də yerinə yetirilmir. Bunu Nazirlər Kabinetinin iclasında prezident xüsusi olaraq vurğulayıb. O baxımdan hesab edirəm ki, (bu mənim şəxsi fikrimdir) bu yol xəritələrini işləyən insanlar həm də bürokratik aparatdan gəlmiş insanlardır. Vaxtı ilə sahibkarlığa cavabdeh, yəni sahibkarlığın hökumətlə təmasını quran insanlardır. Onların əksəriyyəti islahatdan çox müxtəlif söz yığınından ibarət olan sənədlər hazırlamağa daha meyllidirlər. Bu Strateji Yol Xəritələrinin iqtisadi həyatımızda bir dəyişklik edəcəyinə çox pessimist yanaşıram.

Amerikanın Səsi: Rəsmi məlumatlara görə, bu il ölkədə 226 mindən çox yeni iş yeri yaradılıb. Bu rəqəm nə qədər reaaldır? Bəs nə qədər iş yeri bağlanıb?

Həm işsizliklə bağlı rəqəmlərə, həm sosial sığorta haqqı ödəyən, həmçinin gəlirlələrlə bağlı rəqəmlərə çox ciddi şübhə ilə yanaşıram.

Nazim Bəydəmirli: İş yerlərinin bağlanması ilə rəqəmlər təxminən 30-40 min cüvarında səslənir. İş yerləri barədə Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin bu ilin 9 ayının yekunları ilə bağlı açıqladığı rəqəmlər də məndə çox şübhə doğurur. Çünki, sığorta olunan vətəndaşlarımızın 3 milyon 528 min olduğu açıqlanır. Eyni zamanda sığorta haqlarının yığımı ilə bağlı açıqlanan rəqəmləri bundan öncəki rəqəmlərlə müqayisə etsək təqribən bu 850 min vətəndaşı əhatə edir. Söhbət qeyri-neft sektorundan gedir. Baxmayaraq ki, 3 milyon 528 min nəfərin 65 faizi qeyri-büdcə sektorunda işləyir. O zaman bu günku gündə verilən pensiya ilə bağlı Əmək və Sosial Müdafiə Nazirliyinin açıqladığı rəqəm 204 manat omamalı idi. Bu rəqəm təqribən iki dəfə yüksək olmalı idi. Bu öz-özlüyündə həmin rəqəmləri təkzib edir. Ona görə, həm işsizliklə bağlı rəqəmlərə, həm sosial sığorta haqqı ödəyən, həmçinin gəlirlələrlə bağlı rəqəmlərə çox ciddi şübhə ilə yanaşıram.

XS
SM
MD
LG