Accessibility links

London məhkəməsi Azərbaycan Beynəlxalq Bankına qarşı qərar çıxarıb


Bank kartı
Bank kartı

Azərbaycanın ən böyük bankı olan ABB 2017-ci ilin mayında $ 3,3 milyard öhdəliklərin yenidən strukturlaşdırdığını elan edib

London Ali Məhkəməsi Rusiyanın əsas dövlət bankı olan "Sberbank" və "Franklin Templeton" fondunun "Azərbaycan Beynəlxalq Bankı"na (ABB) qarşı borcların yenidən strukturlaşdırılması barədə tələbini dəstəkləyib.

Bu barədə Reuters xəbər yayıb.

Azərbaycanın ən böyük bankı olan ABB 2017-ci ilin mayında $ 3,3 milyard öhdəliklərin yenidən strukturlaşdırdığını elan edib. Bank Azərbaycan hökuməti ilə birgə borcun bir hissəsini silməyi təklif edib.

Diskont borc kateqoriyasından asılı idi və 3, 20 və ya 50 faiz təşkil edir, deyə "Sberbank"a yaxın bir mənbədən Reuters agentliyinə məlumat verilib.

Onun sözlərinə görə, bank ikinci kateqoriyaya düşüb və onunla razılaşmayıb.
May ayında ABB London Ali Məhkəməsindən kreditorların iddialarının təmin olunmasına moratorium qərarı alıb. Yenidən strukturlaşdırma Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib və 2018-ci il yanvarın 30-da tamamlanmalı idi.

Ali Məhkəmənin sənədlərinə görə, moratorium kreditorların məhkəmənin razılığı olmadan ABB-yə və ya əmlakına qarşı hər hansı bir hərəkətə başlamağa və ya davam etməsinə icazə vermir.

ABB moratoriumun yanvar ayının 30-dək uzadılmasını xahiş edib, lakin “Sberbank” və “Franklin Templeton İnvestisiya Menecmenti Limited” (FTIML) buna qarşı çıxıb. 18 yanvar məhkəməsinin qərarı bunu göstərir.
"Sberbank" 2016-cı ildə ticarət maliyyə əməliyyatları üçün ABB-yə 20 milyon ABŞ dolları məbləğində kredit verib. "Franklin Templeton"un isə Bankdan 500 mln. dollar alacağı var. Onların hər ikisi ötən il restrukturizasiya planının əleyhinə səs verib.

"Sberbank" və FTIML-in borclularla əlaqələr işləri İngiltərə qanunlarına əsasən qurulub. Onlar 1890-cı ildəki "Gibbs iddiası" presendentinə istinad edir. İngilis hüququna əsasən, borc iflas proseduru səbəbindən silinə və ya başqa bir yurisdiksiyaya keçirilə bilməz.

Məhkəmə "Sberbank" və FTIML-in mövqeyini dəstəkləyib və və ABB prosesində "Gibbs işi"ni nəzərə alıb.

"Bu qərar İngilis qanunvericiliyində tələblərin sabitliyini gücləndirməyə kömək edəcək və bazar iştirakçılarını öhdəliklərini yerinə yetirməyə təşviq edəcək", Reuters-in sorğusuna cavab olaraq "Sberbank" bildirib.

FTIML şərh verməkdən imtina edib.

ABB hesab edir ki, məhkəmənin qərarı "Sberbank" və FTIML-ə ödəniş tələbi imkanı vermir.

"Məhkəmə öz qərarında ABB-yə bu məsələni həll etmək üçün Apellyasiya Məhkəməsinə müraciət etməyi məsləhət görür" - deyə ABB-nin şərhində qeyd edilir. "İngiltərə məhkəməsi Azərbaycanda yenidən strukturlaşdırma prosesinin uğurla başa çatmasına təsir göstərməyəcək".

Ancaq britaniyalı vəkil deyib ki, yenidən strukturlaşdırma Apellyasiya Məhkəməsinin qərarına qədər başa çata bilməz.

XS
SM
MD
LG