Accessibility links

Samir Şərifov: Dünya Bankının kreditindən imtina etmək və layihəni daxili vəsaitlərin hesabına reallaşdırmaq niyyətindəyik


Samir Şərifov
Samir Şərifov

Bu barədə maliyyə naziri Samir Şərifov iyunun 21-də parlamentin İqtisadi siyasət komissiyasının iclasında bildirib

“Azərbaycan kənd investisiyaları-3” layihəsi dayandırılmayacaq”, -

Bu barədə maliyyə naziri Samir Şərifov iyunun 21-də parlamentin İqtisadi siyasət komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, bu layihənin daxili vəsaitin hesabına davam etdirilməsi planlaşdırılır.

“Bundan öncə biz bu layihəni xarici kreditlərin hesabına həyata keçirirdik. İndi Dünya Bankının kreditindən imtina etmək və layihəni daxili vəsaitlərin hesabına reallaşdırmaq niyyətindəyik. Xarici vəsaitin cəlb edilməsi məqsədyönlü deyil”, - o qeyd edib.

Xatırladaq ki, Dünya Bankı “Azərbaycan kənd investisiyaları-3” layihəsinin reallaşması üçün 90 mln. dollar ayırmağı planlaşdırırdı.

Sözügedən layihə Azərbaycanın regionlarında qabaqcıl kənd təsərrüfatı istehsalatlarının yaradılmasını nəzərdə tutur.

Bundan əlavə, layihə kəndlərdə icmaların kənd infrastrukturundan istifadəsi və iqtisadi fəaliyyətin genişlənməsini nəzərdə tutur. Layihə nəticəsində Azərbaycanda 1,5 mln.-a yaxın sakinin və infrastruktur və sosial xidmətlərdən istifadə edə biləcə

XS
SM
MD
LG