Accessibility links

Qubad İbadoğlu: Dövlət büdcəsinin xərclərində hər 100 manatdan 59 manat 30 qəpiyi neft pulları olacaq


Büdcə xərcləri

Azərbaycanın 2019-cu ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Növbəti ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, xərcləri 24 milyard 780 milyon manat proqnozlaşdırılıb.

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 milyard 316 milyon manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 milyard 364,3 milyon manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 milyard 451,6 milyon manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

2019-cu il dövlət büdcəsində neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

İqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində yazıb ki, 2019-cu ilin büdcəsinin hər 100 manatından 6 qəpiyi ekologiyaya, 50 qəpiyi elmə, 70 qəpiyi güzəştli mənzil təminatı və sosial ipotekaya, 1 manat 40 qəpiyi mədəniyyətə və incəsənətə, 4 manat 20 qəpiyi səhiyyəyə, 5 manat 72 qəpiyi idarəetməyə, 6 manat 41 qəpiyi məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına, 9 manat 20 qəpiyi təhsilə, 9 manat 40 qəpiyi dövlət borclarına xidmətə, 10 manat 30 qəpiyi sosial müdafiə və təminata, 12 manat 56 qəpiyi müdafiəyə, 39 manat 90 qəpiyi tikintiyə xərclənəcək.

Bu xərcləri ödəmək üçün istifadə ediləcək hər 100 manatdan 59 manat 30 qəpiyi neft pulları olacaq.

XS
SM
MD
LG