Accessibility links

İraqda 3 bomba hücumu 34 nəfərin həyatına son qoyub


İraqın təhlükəsizlik rəsmiləri deyir ki, ölkədə bir neçə ardıcıl partlayışlar nəticəsində 34 nəfər həlak olub.

Bu gün baş verən ilk partlayış intiharçı hücumu olub. İntiharçı adamların çox olduğu küçədə bombanı partladaraq 22 nəfərin həyatına son qoyub. Hadisə zamanı onlarla insan isə yaralanıb.

İlk hücumdan dərhal sonra iki bomba məşhur Şərqə bazarı ərazisində partladılıb və nəticədə 10 nəfər ölüb.

İraq paytaxtında baş vermiş üçüncü hücum nəticəsində də bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb.

Hücumlar illərdir paytaxtda qüvvədə olan kommendant saatının aradan qaldırılmasının planlaşdırıldığı günə təsadüf edir.

Hücumun məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib.

XS
SM
MD
LG