Accessibility links

İran koronavirusla mübarizə üçün Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar istəyib


İran cümə axşamı bildirib ki, 10 mindən çox insanın yoluxmasına və yüzlərlə insanın ölümünə səbəb olan yeni virusun yayılması ilə mübarizəyə yardım üçün Beynəlxalq Valyuta Fondundan təcili olaraq 5 milyard dollar borc istəyib.

İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur televiziya ilə yayımlanan mətbuat konfransında son 24 saat ərzində 75 nəfərin öldüyünü və 1000-dən çox yeni yoluxma halını təsdiqləyib ki, bu da ölənlərin sayının 429, yoluxanların sayının isə 10,075 olması deməkdir.

Cümə axşamı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitter səhifəsində Beynəlxalq Valyuta Fondunu təcili maliyyə vasitəsi ilə "tarixin sağ tərəfində durmağa və məsuliyyətli davranmağa" çağırıb.

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti də Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgievaya göndərdiyi məktubda 5 milyard dollar istədiyini deyib. Beynəlxalq Valyuta Fondu virusla mübarizə aparan ölkələrə dəstək verməyə hazır olduğunu bildirib.

Zərif ölkələri İrana N-95 üz maskaları, havalandırıcılar, cərrahiyyə xələtlari, testlər üçün dəstlər, portativ rəqəmsal rentgen aparatları və digər tibbi ləvazimatlarla yardım etməyə çağırıb. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı 105 mindən çox insanı test edə biləcək 1100 virus test dəsti də daxil olmaqla, tibbi ötürücü ilə dolu yük təyyarəsini İrana göndərib.

ABŞ-ın tətbiq etdiyi sanksiyalar Tehranın öz neftini satmasına imkan vermədiyi üçün İran iqtisadiyyatına böyük təsir göstərib. Bu yaxınlarda virusun yayılması ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdlrıb. İranın bütün qonşuları sərhədlərini bağlayaraq, bu ölkə ilə səyahət əlaqələrini kəsib.

Zərif tivitter səfifəsində ABŞ sanksiyalarına istinad edərək, virusa qarşı mübarizəyə məhdudiyyətlərin səbəb olduğunu yazıb.

XS
SM
MD
LG