Accessibility links

İran və Çin genişmiqyaslı strateji razılığın icrasına başlayır


Çin şənbə günü İranla arasında iqtisadi və siyasi əməkdaşlığı gücləndirmək məqsədi daşıyan strateji razılaşmanı həyata keçirməyə başlayacağını bildirib. Bu, Pekinin Vaşinqtonun Tehrana sanksiyalarını tənqid etdiyi bir vaxta təsadüf edib.

Çin və İran ötən il bir neçə il davam edən danışıqlardan sonra enerji, təhlükəsizlik, infrastruktu və kommunikasiya sahələrini əhatə edən geniş-miqyaslı əməkdaşlıqla bağlı razılıq imzalayıblar.

Pekinin xarici işlər nazirliyi bəyanatında bildirib ki, Çinin xarici işlər naziri Vanq Yi və onun iranlı həmkarı Hüseyn Əmir-Abdullahian bu əməkdaşlıqla bağlı açıqlamanı cümə günü Çinin şərqində Vuşi şəhərində edib.

Gizli razılıql bağlı çox az detal açıqlanıb, lakin New York Times qəzeti 2020-ci ildə bu ələ keçirdiyi razılığın ilkin layihəsinə istinad edərək bu sazişlə Çini müntəzəm neft tədarükü ilə təmin edəcəyini bildirib.

Çin İranın aparıcı ticarət tərəfdaşı və ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə birtərəfli sanksiyaları tətbiq edəndən öncə ölkə neftinin ən böyük alıcılarından biri idi.

Çin rəsmi olaraq İrandan neft idxal etməyi dayandırıb, amma analitiklər deyir ki, İranın xam nefti hələ fə başqa ölkələrdən gələn idxal adı altında ölkəyə daxil olmağa davam edir.

Xarici işlər nazirliyi bildirib ki, Vanq cümə günü iranlı həmkarına Çinin “İrana qarşı qannunsuz birtərəfli sanksiyalara qarşı çıxmağa” davam edəcəyini bildirib.

Pekin uzun zamandır Tehranla əlaqələrini gücləndirmək istəyirdi. Çin Prezidenti Şi Tsinpin 2016-cı ildə İrana etdiyi nadir səfərində İranı “Çin Yaxın Şərqdəki əsas tərəfdaşı” adlandırmışdı.

Vanq və Əmir-Abdullahianın görüşü Vyanana Tehranın nüvə silahlarının inkişafını dayandırmaq üçün mümkün razılıqla bağlı danışıqların davam etdiyi bir vaxta təsadüf edir.

2015-ci ildə İran, ABŞ, Çin, Rusiya, Britaniya, Fransa və Almaniya arasında əldə olunan razılıqda Tehran nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyalardan azad olunmuşdu.

Lakin ABŞ 2018-ci ildə razılıqdan geri çəkilib, İrana qarşı sanksiyaları bərpa edib və bu, Tehranın öhdəliklərindən geri çəkilməsinə gətirib çıxarıb.

Nüvə razılığını canlandırmaq məqsədilə danışıqlar noyabr ayında bərpa olunub. Ondan öncəki danışıqlar iyun ayında İranda yeni ultra-mühafizəkar hökumətin seçilməsindən sonra dayandırılmışdı.

Xarici işlər nazirliyi bəyanatında bildirib ki, Vanq cümə günü iranlı həmkarına deyib ki, Çin razılığın indiki vəziyyətinə görə Birləşmiş Ştatların cavabdeh olduğuna inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG