Accessibility links

İran hökuməti zəlzələ bölgəsinə yardıma başlayıb [Video]


İran hökuməti zəlzələ bölgəsinə yardıma başlayıb
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Keçən bazar İran-İraq sərhədində baş verən zəlzələ minlərlə insanı evsiz-eşiksiz qoydu. Sığınacaqlarda yer tapa bilməyən insanlar titrəyiş davam etdiyindən gecələri küçələrdə keçirməli olub. Rəsmilər 500-dən artıq insanın öldüyünü, çox sayda insanın yaralandığını deyir.

İran rəsmiləri 7.3 bal gücündəki zəlzələ səbəbindən evsiz-eşiksiz qalan minlərlə insana yardıma başlayıb. Bu zəlzələ yüzlərlə insanın həyatına son qoyub, minlərlə evi dağıdıb. “Bizim yaşadığımız üçüncü mərtəbədən bir nəfər düşərək, öldü. Fikrimcə Məskəni-Mehrdə 186 nəfər ölüb. Avtomobillərin çoxu dağıntılar altında qalıb” deyə, zəlzələ qurbanı Lida İslaili bildiri.

Ən böyük dağıntılar İraqla sərhəd yaxınlığındakı Kirmanşah vilayəti olmaqla, azı 14 vilayət zəlzələdən zərər çəkib. Çərşənbə axşamı zəlzələnin dağıtdığı bölgəyə səfər edən İran prezidenti Həsən Ruhani yardım ediləcəyinə söz verib. “Sizi əmin edirəm ki, hökumət özünün gücündən istifadə edərək, yaxın zamanda problemləri həll edəcək.”

Zərpuli-Zəhab zəlzələnin ən çox dağıtdığı şəhərdir. Xilasedicilər dağıntılar altında qalan cəsədləri çıxarmaq üçün ağır texnikadan istifadə edir. “Mən üç nəfəri itirdim. Ailəmdən bir nəfər yaralanıb, üç nəfər ölüb: oğlum, gəlinim və nəvəm.”

Qonşu İraqda isə 7 nəfərin öldüyü deyilir. Kürdüstan vilayətinin Dərbəndixan şəhəri zəlzələnin təsirinə ən çox məruz qalan şəhərdir. Region rəsmiləri bölgəyə səfər edib. İraqın şimal-şərqindəki bir kafenin təhlükəsizlik kamerası həmin dramatik anları çəkib. Kürdüstan sakini Barzan Sadiq: “Aləm bir-birinə qarışmışdı. Masalar dönür, şüşələr sınır, küçədə çaxnaşma idi. Bu bir müddət davam etdi. Mən belə bir şeyi ilk dəfə idi görürdüm, şok olmuşdum.”

Hər iki ölkənin rəsmiləri elektrik və telefon xətlərinin bərpası, yolların təmizlənməsi, yardım işləri yolunda çalışıldığını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG