İranın Statistika Mərkəzinin rəisi Adil Azər ölkə əhalisinin sayının 75 milyon 149 min 669 nəfər olduğunu elan edib.
İranda əhalinin siyahıya alınması hər 10 ildən bir aparılır. Lakin keçən il qəbul edilmiş yeni qanuna əsasən, istisna olaraq ölkədə keçən il əhalinin siyahıya alınmasının keçirilib. Bu qanunla növbəti siyahıya alma beş il sonra yenidən keçiriləcək.
İran əhalisinin 2006-cı ildə sayı 70 milyon 495 min 782 nəfər kimi göstərilmişdi. Hazırkı statiskaya əsasən, son beş il ərzində ölkə əhalisinin sayı 5 milyon 253 min 887 nəfər, ya da hər il təxminən 1 milyon 50 min 777 nəfər artıb.
İran əhalsinin 50.5 faizini kişilər və 49.6 faizini isə qadınlar təşkil edir. Əhalinin 28.5 faizinin kəndlərdə və 71.5 faizinin isə şəhərlərdə yaşadığı qeyd edilir.
1976-cı ildə aparılmış statistik məlumatlarla müqayisədə keçən 35 il ərzində İranın əhalisinin sayı 33,7 milyondan 41 milyon 400 min nəfər artaraq hazırda 75.1 milyona çatıb. 35 il əvvəl hər 100 qadına 106 kişi olduğu halda, hazırda 102 kişi var.
Əhali sayının artmasına baxmayaraq, ailələr kiçilib. 35 il əvvəl hər ailədə orta hesabla 5.2 üzv var idisə, hazırda bu rəqəm 3.55 təşkil edir.
35 ildə əhalinin sürətli artımı ilə müqayisədə son beş ildə İranda artımın 1.62 faizdən 1.29 faizə endiyi müşahidə olunur.
İranın statistik rəqəmlərinə əsasən, əhalinin sayının ən çox artdığı yerlər Buşehr və Əlborz əyalətləridir.
Əhalinin ən az sürətlə artdığı əyalət olaraq isə Ərdəbil göstərilir. Burada əhalinin sayının yalnız 0,33 faiz artdığı bildirilir.
İranın əhalisinin sayı 1 milyonu ötən səkkiz şəhəri var. Bunlar Tehran, Məşhəd, Kərəj, İsfahan, Təbriz, Şiraz və Qum şəhərləridir. Bunlar arasında Azərbaycan şəhərlərindən təkcə Təbrizin adı var.
Statistika Mərkəzinin rəisi Adil Azər iranlıların 93.2 faizinin ibtidai təhsili, 5 milyon 400 min nəfərin isə ali və dini təhsili olduğunu bildirib.
Qadınlar arasında təhsil səviyyəli kişilərdən daha artıqdır. animların savadlıq fayızı kişilərdən çoxdur. Kişilərin 18.2 faizi, qadınların isə18.4 faizi universitetlərdə təhsil alır, ya da ali təhsili bitirib.
İranın 75 milyon 149 min 669 nəfər əhalisi arasında 11 milyon 221 min nəfər internetdən istifadə edir.
İranın açıqladığı məlumatda ölkədə yaşayan müxətlif etnik qruplar, o cümlədən azərbaycanlıların sayı ilə bağlı statistik məlumatlar açıqlanmayıb.
İranda yaşayan azərbaycanlıların dəqiq sayı bildirilməsə də, Mərkəzi Kəşfiyyat agentliyinin 2008-ci ildə açıqladığı statistik rəqəmlərə əsasən, ölkə əhalisinin təxminən 20 faizi Azərbaycan-Türk dillərində danışır.