İran mətbuatının verdiyi məlumata görə, ölkənin şimal-şərq bölgəsində qaz kəmərində partlayış nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Fars xəbərlər agentliyi qəzada 16 nəfər yaralandığı haqda məlumat verib. Partlayış dünən Məşhəd şəhərində ekskavatorun səhvən Saraxs zavodundan qaz nəql edən kəmərə dəyməsindən sonra baş verib. İran dünyada neft ixrac edən dördüncü ən böyük ölkədir və zəngin təbii qaz yataqlarına malikdir.
İranda qaz kəmərində partlayış nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb
- Amerikanın səsi
Partlayış dünən Məşhəd şəhərində ekskavatorun səhvən Saraxs zavodundan qaz nəql edən kəmərə dəyməsindən sonra baş verib