Accessibility links

İranın İnqilab Qvardiyası: İran xalqı və təhlükəsizlik qüvvələrinin etiraz aksiyalarının sona çatdırılmasında rolu böyükdür


İranın İnqilab Qvardiyasının bəyanatında deyilir ki, İran xalqı və təhlükəsizlik qüvvələrinin xarici düşmənlərin alovlandırdığı etiraz aksiyalarının sona çatdırılmasında rolu böyükdür.

Bəyanatda "yenilməz, qüvvətli, şüurlu, dindar və inqilabçı İran xalqının yeni dastanı, onlarla sədaqətli sadiq Basij könüllü qüvvələrinin qiyamları sakinləşdirməyə, hüquq-mahfizə orqanları, habelə kəşfiyyat nazirliyi Amerika, Britaniya və İsrailin sionist rejiminin alovlandırdığı üsyanı yatırmağa nail olub", bildirilir.

Bu arada, İran parlamenti qapalı iclasda hökumət əleyhinə aksiyaları müzakirə edib.

Fövqəladə iclası parlamentdəki islahatpərəst fraksiya çağırıb.

İclasda etirazların səbəbi araşdırılıb.

İSNA agentliyinin məlumatına görə, iclasda daxili işlər naziri, İran kışfiyyatı və təhlükəsizlik şurasının rəhbərləri də iştirak edib.

İslahatçılar iclas zamanı etirazlar yatırılarkən həbs olunanların hüquqi müdafiəsinə imkan yaradılmasını təkilf ediblər.

Ölkədə hökumətə dəstək aksiyaları isə davam etdirilir.

XS
SM
MD
LG