Accessibility links

Kibersilahlar İran dövlətçiliyinin aparıcı alətinə çevrilib


Karnegi Fondunun yeni hesabatında bildirilir ki, İranın kiber əməliyyatları kifayət qədər mürəkkəbləşib və rəqiblərə ciddi zərər vura biləcək gücə malikdir. Bununla da, kiber əməliyyatlar ölkənin təhlükəsizlik idarələrinin əsas siyasi alətinə çevrilir.

Cümə axşamı işıq üzü görən hesabda deyilir ki, Tehran kiber əməliyyatlar vasitəsilə regional münasibətlərə təsir etməyə çalışaraq, bu alətləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar kimi rəqiblərinə qarşı istifadə etməyə cəhd edib.

“İran, hərbi cəhətdən zəif olan dövlətlərin daha mütərəqqi rəqiblərilə mübarizədə kiber alətlərdən necə istifadə edə biləcəklərini nümayiş etdirir” - hesabatda deyilir.

Hesabada həm də deyilir ki, İranın kiber sahədə bacarıqları daxildə inkişaf etdirilib və əksər hallarda ölkənin aparıcı təhlükəsizlik təşkilatları tərəfindən istiqamətləndirilir:

“Tehran getdikcə, həm ölkə daxilində, həm də xaricdə kibercasusluq, opponentlərinə qarşı dağıdıcı hücumlar keçirmək qabiliyyətinə malik olur. Bu hücumlar ölkə daxilində vətəndaş cəmiyyəti təşkilatlarından başlayaraq, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatların hökümət və kommersiya institutlarına qarşı ünvanlana bilər.”

İran uzun illərdir ki, vətəndaş cəmiyyəti və anti-hökümət qruplara qarşı haker hücumlarından istifadə edir.

XS
SM
MD
LG